Türkiye Xarici İşlər Nazirliyi Yunanıstan XİN-in bəyanatına münasibət bildirib

Türkiye Xarici İşlər Nazirliyi Yunanıstan Xarici İşlər Nazirliyinin Egey və İon dənizində iki yeni Dəniz Parkı elan edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

2126392
Türkiye Xarici İşlər Nazirliyi Yunanıstan XİN-in bəyanatına münasibət bildirib

Türkiye Xarici İşlər Nazirliyi Yunanıstan Xarici İşlər Nazirliyinin Egey və İon dənizində iki yeni Dəniz Parkı elan edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda Yunanıstan Xarici İşlər Nazirliyinin 16-17 aprel tarixlərində Afinada keçiriləcək “Okeanlarımız Konfransı” çərçivəsində biri Egey dənizində, digəri isə İon dənizində olmaqla iki yeni Dəniz Parkı elan edəcəyinə diqqət çəkilib.
“Yunanıstanın uzun müddətdir ki, Egey problemləri kontekstində, demək olar, hər platformadan yararlanmağa çalışdığı məlumdur. Münasibətlərimizdə son yumşalmalara baxmayaraq, görünən odur ki, Yunanıstan bu dəfə ekoloji problemlərdən sui-istifadə edir. Yunanıstana Egey problemlərindən və suverenliyi beynəlxalq müqavilələrlə Yunanıstana verilməyən bəzi ada, adacıq və qayalıqların statusu ilə bağlı məsələlərdən öz gündəmi çərçivəsində istifadə etməməyi tövsiyə edirik. Biz üçüncü tərəfləri, o cümlədən Aİ-yə xəbərdarlıq etmək istərdik ki, Yunanıstanın ətraf mühit proqramları ilə bağlı siyasi həmlələri üçün alətə çevrilməsinlər. Türkiye Egey dənizində Yunanıstanla əməkdaşlığa həmişə hazırdır. Beynəlxalq dəniz hüququnun qapalı və ya yarı qapalı dənizlərdə sahilyanı dövlətlər arasında ətraf mühit məsələləri daxil olmaqla əməkdaşlığı təşviq etdiyini və bu kontekstdə ölkəmizin Egey dənizində Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğunu xatırladırıq. Bu münasibətlə bir daha diqqətə çatdırmaq istərdik ki, Yunanıstanın statusu mübahisəli coğrafi formasiyalar üzərində yarada biləcəyi faktiki vəziyyətləri qəbul etməyəcəyik''.



Әlaqәli Xәbәrlәr