Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib

Prezident İqamətgahında keçirilən iclasdan sonra bəyanat yayımlanıb.

2124972
Milli Təhlükəsizlik Şurasının iclası Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib

Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının (MGK) iclasına sədrlik edib.

Prezident İqamətgahında keçirilən iclasdan sonra bəyanat yayımlanıb.

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, iclasda terror təşkilatları PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ başda olmaqla bütün təhlükələrə qarşı ölkə daxilində və sərhəddən kanarda qətiyyət və müvəffəqiyyətlə aparılan mübarizə haqqında Şuraya məlumat verilib.

Bəyanatda terror təşkilatı PKK/KCK-PYD/YPG-nin Avropada yaşayan Türkiye vətəndaşlarını və onların nümayəndələrini hədəf alan hücumlarının yaxından izləndiyi vurğulanıb.

Bəyanatda həmçinin separatçı terror təşkilatının əsl simasını üzə çıxaran xain hücumlarının qarşısının alınması və günahkarların cəzalandırılmasının vacibliyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr