Rәcәb Tayyib Әrdoğan: ‘‘Rusiyanın da iştirak edәcәyi sülh sammitinә ev sahibliyi etmәyә hazırıq’’

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:"Rusiya-Ukrayna sülh sammitə ev sahibliyi etməyə hazırıq.”

2113003
Rәcәb Tayyib Әrdoğan: ‘‘Rusiyanın da iştirak edәcәyi sülh sammitinә ev sahibliyi etmәyә hazırıq’’

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:"Rusiya-Ukrayna sülh sammitə ev sahibliyi etməyə hazırıq.”

Rəcəb Tayyib Ərdoğan Dolmabahçadakı iş kabinetində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

Ötən ilin iyulundan sonra Zelenskini yenidən qəbul etməkdən məmnunluğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski və Kiryakos Mitsotakisin görüşdüyü əraziyə yaxın yerə raket hücumu ilə əlaqədar hər iki ölkəyə “keçmiş olsun'' arzularını çatdırıb. Türkiye Prezidenti müharibə nəticəsində həyatını itirən Ukrayna vətəndaşları ilə əlaqədar Volodimir Zelenskiyə başsağlığı verib.

Prezident Ərdoğan görüşdə strateji tərəfdaşları olan Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiklərini vurğuladıqlarını ifadə edərək, müharibənin başda Ukrayna olmaqla regional və qlobal plandakı mənfi təsirlərinin getdikcə artdığını bildirib.

‘’Sülhün bərqərar olması üçün 2022-ci ilin martında İstanbulda başlayan diplomatik təşəbbüslər nəticə vermədi’’ deyən Türkiye Prezidenti bildirib ki, biz Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazırıq.



Әlaqәli Xәbәrlәr