Ərdoğan ilə Zelenski görüşündə Türkiyə-Ukrayna münasibətləri müzakirə ediləcək
Bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb
2112771
Martın 8-də Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfərə gəlir. Bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında nəzərdə tutan görüşdə Türkiyə-Ukrayna münasibətlərinin müzakirəsi nəzərdə tutulub.
Әlaqәli Xәbәrlәr
Rәcәb Tayyib Әrdoğan Albin Kurtini qәbul edib
Prezident İqamәtgahında baş tutan görüş mәtbuata qapalı keçirilib.