“Ölkəmizi 4 əsas sütun üzərində qaldıracağımıza söz vermişdik…” R.T.Ərdoğan

Antalya Şəhər Xəstəxanası və Bağlantı Yollarının açılış mərasimində iştirak edən Ərdoğan çıxışında deyib ...

2110100
“Ölkəmizi 4 əsas sütun üzərində qaldıracağımıza söz vermişdik…” R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə əsri” düşüncəsi ilə daha böyük hədəflərə doğru getdiklərini vurğulayıb.

  Antalya Şəhər Xəstəxanası və Bağlantı Yollarının açılış mərasimində iştirak edən Ərdoğan çıxışında deyib: “Şəhər xəstəxanaları Türkiyənin səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərin simvoludur. Ölkəmizi 4 əsas sütun üzərində qaldıracağımıza söz vermişdik. Bunlar təhsil, səhiyyə, ədliyyə və təhlükəsizlik sahələridir. Biz bu sahələrdə apardığımız islahatlar sayəsində dinc və təhlükəsiz ölkədə yaşayırıq.

  Şəhər xəstəxanaları Türkiyəyə xas yeni bir səhiyyə sistemidir. Əvvəllər vətəndaşlarımız diaqnostika və müalicə üçün xaricə üz tuturdu. İndi isə Türkiyə demək olar ki, bütün sahələrdə dünyanın aparıcı sağlamlıq mərkəzlərindən birinə çevrilib.

  “Türkiyə əsri” düşüncəsilə daha böyük hədəflərə gedirik. Məqsədimiz artıq inkişaf etmiş ölkələrə yetişmək deyil, onların ön sıralarında yerimizi tutmaqdır.

  Biz gənclərimizə siyasət, iqtisadiyyat, müdafiə sənayesi ilə bağlı fəxr edə biləcəkləri bir ölkə buraxmaq istəyirik. Bunun üçün gecə-gündüz çalışırıq”.



Әlaqәli Xәbәrlәr