Türkiye XİN AŞPA-ya Azərbaycanla bağlı reaksiya verdi
Türkiye Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.
2103374
Türkiye Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.
“Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiye AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”, - bəyanatda deyilib.
Әlaqәli Xәbәrlәr
Rәcәb Tayyib Әrdoğan Albin Kurtini qәbul edib
Prezident İqamәtgahında baş tutan görüş mәtbuata qapalı keçirilib.