Mehmet Fatih Kaçır Brüsseldə diplomatik görüşlər keçirəcək

Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır noyabrın 15-16-da Belçikanın paytaxtı Brüsseldə görüşlər keçirəcək.

2064454
Mehmet Fatih Kaçır Brüsseldə diplomatik görüşlər keçirəcək

Türkiyenin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır noyabrın 15-16-da Belçikanın paytaxtı Brüsseldə görüşlər keçirəcək.
Sənaye və Texnologiya Nazirliyindən verilən məlumata görə, Mehmet Fatih Kaçır ilk olaraq Avropa İttifaqının (Aİ) İnnovasiya, Araşdırma, Mədəniyyət, Təhsil və Gənclik Komissiyasının üzvü İliana İvanova ilə görüşəcək.
Mehmet Fatih Kaçır həmçinin Türkiyenin qeyri-hökumət təşkilatının nümayəndələri, Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi və daxili bazar üzrə  komissarı Teri Breton ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Mehmet Fatih Kaçır noyabrın 16-da keçirəcəyi görüşlər çərçivəsində TÜBİTAK Horizon Europe layihəsinin açılışına və 17-ci Şərq-Qərb Dostluq Rallisinin bağlanış mərasiminə qatılacaq.



Әlaqәli Xәbәrlәr