“İsrail-Fələstin münaqişəsində dezinformasiyaya qarşı diqqətli olun”, F.Altun

İstanbulda keçirilən Asiya-Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) 51-ci Konfransının açılışında çıxışı zamanı F.Altun deyib ...

2054775
“İsrail-Fələstin münaqişəsində dezinformasiyaya qarşı diqqətli olun”, F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun mətbuat nümayəndələrini İsrail-Fələstin münaqişəsində dezinformasiyaya qarşı diqqətli olmağa çağırıb.

  İstanbulda keçirilən Asiya-Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) 51-ci Konfransının açılışında çıxışı zamanı F.Altun deyib: “Yalan məlumat və dezinformasiya kampaniyaları ictimaiyyətin emosiyalarını manipulyasiya etmək kimi zərərli məqsədə xidmət edir. Təəssüf ki, dezinformasiya ildırım sürəti ilə yayılır. Belə bir dövrdə hər kəs yalan məlumata qarşı diqqətli olmalıdır.

  İsrail-Fələstin münaqişəsi dezinformasiya ilə mübarizənin beynəlxalq səviyyədə nə qədər vacib olduğunu ortaya qoyur.

  İlk günlərdə İsrail-Fələstin münaqişəsi ilə bağlı “X” hesablarının 74 faizinin dezinformasiya yaydığı məlum olub.

  Jurnalistləri düzgün məlumat verməyə, hegemon rəvayətlərə qarşı mübarizəyə, yalan xəbərlərə qarşı həqiqət mücadiləsi verməyə çağırırıam.

  İsrail-Fələstin münaqişəsində Dezinformasiya ilə Mübarizə Mərkəzimiz dezinformasiya və yalan məlumat kampaniyalarının ifşa edilməsində mühüm rol oynayır. Biz informasiya müharibəsinin bu münaqişədə bir cəbhəyə çevrilməsinin qarşısını almaq üçün çalışırıq. Bu iş son dərəcə təqdirəlayiq və qiymətlidir."



Әlaqәli Xәbәrlәr