Türkiyə ŞKTR ilə BMT arasında əldə olunan razılaşmanı alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yazılır ...

2048712
Türkiyə ŞKTR ilə BMT arasında əldə olunan razılaşmanı alqışlayır

 

  Türkiyə Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələri arasında Pile-İgidlər yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.

  Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yazılır: “Saziş ŞKTR tərəfinin hər zaman nümayiş etdirdiyi konstruktiv münasibətin yeni nümunəsidir. Qıbrızın bu yanaşması həm də Türkiyə tərəfinin adada iki dövlətin əməkdaşlığına əsaslanan yeganə real həll modelinin uğuruna verdiyi töhfənin göstəricisidir”.

  ŞKTR-də BMT-nin nəzarətində olan Yaşıl Xətt üzərində Pile-İgidlər yolunun tikintisi üçün əldə edilən razılaşmaya əsasən, Piledə yaşayan qıbrız türklərinin kəndlərinə getmək üçün 20 ildir davam edən yol işlərinin tamamlanacaq.

  Xatırladaq ki, Piledə yaşayan türklərin kəndlərinə getməsini asanlaşdırmaq üçün avqustun 18-də yol işlərinə yenidən başlanılıb. Lakin bölgədə xidmət edən BMT Sülhməramlı Qüvvələrinin əsgərləri gərginliyə səbəb olaraq bu işin qarşısını almaq istəyiblər. ŞKTR hökuməti yol işlərinin humanitar layihə olduğunu bildirərək geriyə addım atmayacağını bildirib.

  Türkiyə hökuməti də qıbrız türk tərəfinin yanaşmasını tam dəstəkləyib.

  Tərəflər arasında aparılan müzakirələrdən sonra yol işləri ilə bağlı razılıq əldə olunub.

  Türkiyə əldə edilən razılaşmanı müsbət qarşılayır.



Әlaqәli Xәbәrlәr