Prezidentin Baş müşaviri Akif Çağatay Kılıç Ceyk Sullivan ilə görüşüb

Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə telefon danışığı aparıb.

2028906

Telefon danışığı zamanı qlobal problemlər, Ukrayna, İraq və Kıbrıs (Kipr) kimi bir çox regional məsələlər müzakirə edilib və bunlar haqqında fikir mübadiləsi aparılıb.

Ç.Kılçık ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə də görüşüb.

Akif Çağatay Kılıç ABŞ Nümayəndələr Palatasının üzvləri Co Vilson, Din Fillips və Viktoriya Sparts ilə görüşüb.

Kılıç sosial media hesabında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə Prezident İqamətgahında görüşdüklərini bildirib.

Regional və qlobal məsələləri, iki ölkə arasındakı əlaqələri müzakirə etdiklərini bildirən Kılıç səmərəli səfərə görə üzvlərə təşəkkür edib.

Әlaqәli Xәbәrlәr