"Roketsan”ın bu uğuru xoş xəbərlər müjdəçisidir”

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamenti Rəyasət Heyətinin rəsmi sosial media hesabında “Roketsan” tərəfindən hazırlanmış zond raketinin buraxılış sınağının görüntüləri paylaşılıb

2023828
"Roketsan”ın bu uğuru xoş xəbərlər müjdəçisidir”

 

  “Rocket İndustry and Trade İnc.” – “Roketsan” tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış zond raketi Türkiyənin Kırklareli rayonunun İğneada qəsəbəsindən uğurla buraxılıb.

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamenti Rəyasət Heyətinin rəsmi sosial media hesabında “Roketsan” tərəfindən hazırlanmış zond raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.

  Ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabında yazıb: "Bu uğur kosmos texnologiyalarına vurulacaq “Türkiyə əsri” möhürünün xəbərçisi, bundan sonra gələcək xoş xəbərlərin müjdəçisidir. Roketsan mühəndislərini ürəkdən təbrik edirəm."

  Müdafiə Sənayesi Departamentinin rəhbəri sədri Haluk Görgün də sosial şəbəkədəki paylaşımında yerli və milli raket texnologiyalarında daha bir mühüm səddi keçdiklərini bildirib: “Uğurla işə saldığımız raket texnologiyalarımız sayəsində kosmik tədqiqatlarımız böyük sürət qazanacaq”.



Әlaqәli Xәbәrlәr