Prezident Ərdoğan Hesablama Palatasının qurulmasının 161-ci ildönümündə çıxış etdi

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Hesablama Palatasının Konfrans mərkəzində keçirilən Hesablama Palatasının 161-ci ildönümü proqramında çıxış edib.

1993594
Prezident Ərdoğan Hesablama Palatasının qurulmasının 161-ci ildönümündə çıxış etdi

"Türkiyeni hədəflərinə çatdıranadək dayanmayacağıq. Bunun üçün icra, qanunvericilik və məhkəmə orqanları arasında harmonik əməkdaşlığın qurulması çox vacibdir". 

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Hesablama Palatasının Konfrans mərkəzində keçirilən Hesablama Palatasının 161-ci ildönümü proqramında etdiyi çıxışda deyib.

“Bizim demokratiyamız bu gün bütün dünyanın qibtə etdiyi yetkinlik səviyyəsinə çatıb”, deyə bildirən dövlət  başçısı Türkiyenin qlobal siyasətdə böyük izləyicisi ilə bu günə gəldiyini və hər sahədə uğur qazandığını bildirib.

"Türkiyeni hədəflərinə çatdıranadək dayanmayacağıq. Bunun üçün icra, qanunvericilik və məhkəmə orqanları arasında harmonik əməkdaşlığın qurulması çox vacibdir", -deyə dövlət başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr