ABŞ Türkiyeyə Rusiyadan aldığı S-400-ləri Ukraynaya göndərməyi təklif edib

ABŞ Türkiyeyə Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Sistemini Ukraynaya göndərməyi təklif edib.

1983635
ABŞ Türkiyeyə Rusiyadan aldığı S-400-ləri Ukraynaya göndərməyi təklif edib

ABŞ Türkiyeyə Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Sistemini Ukraynaya göndərməyi təklif edib.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu "ABŞ Türkiyenin Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Sistemini Ukraynaya göndərməyi təklif etsə də biz bu təklifi rədd etdik" deyib.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında Türkiye Rusiya Federasiyası ilə iki eskadrilya (4 batareya) S-400 Hava Hücumundan Müdafiə Sisteminin (HSS) “təcili ehtiyac” çərçivəsində tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb. Bu razılaşma ilə Türkiye Rusiyadan S-400 alan ilk NATO ölkəsi olub.

1,3 milyard dollar dəyərində ilk S-400 donanması da daxil olmaqla hissələrin tədarükü 2019-cu ilin iyul ayından etibarən Türkiye Hərbi Hava Qüvvələrinə təhvil verilib



Әlaqәli Xәbәrlәr