Ərdoğan:"Bayrama qədər Hataydan başqa vilayətlərimizdəki bütün dağıntıları təmizləməyi hədəfləyirik"

Prezident Ərdoğan, zəlzələdən zərər çəkmiş vilayətlərlə bağlı İstanbulda zəlzələ evlərinin təməlqoyma mərasimlərində iştirak edib.

1976247
Ərdoğan:"Bayrama qədər Hataydan başqa vilayətlərimizdəki bütün dağıntıları təmizləməyi hədəfləyirik"

"Bayrama qədər Hataydan başqa vilayətlərimizdəki bütün dağıntıları təmizləməyi hədəfləyirik”.
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan, fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş vilayətlərlə bağlı İstanbulda zəlzələ evlərinin təməlqoyma mərasimlərini keçirdikləri zaman deyib.

"Dünən Şanlıurfa vilayətindəki evlərlə birliktə 100 mindən çox zəlzələ evi və kənd evinin tikinti prosesinə başladıq. Ümid edirəm ki, ilk ildə 319 min olmaqla cəmi 650 min evi təhvil verənə qədər bölgədən heç vaxt ayrılmayacağıq", -deyə dövlət başçısı qeyd edib.

Dağıntıların təmizlənməsi işlərinin artıq sona çatdığını bildirən Ərdoğan deyib:

"Bayrama qədər Hataydan başqa vilayətlərimizdəki bütün dağıntıları çıxarmağı hədəfləyirik”. 

Prezident Ərdoğan daha sonra İstanbulun Üsküdar mahalında gənclərlə görüşüb, söhbət edib.



Әlaqәli Xәbәrlәr