ABŞ Konqresində ''Əsrin fəlakəti'' foto sərgisi açılıb

Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Amerika Birləşmiş Ştatları Konqres binasında fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərin səbəb olduğu dağıntıları əks etdirən fotoşəkilləri sərgilədi.

1976421
ABŞ Konqresində ''Əsrin fəlakəti'' foto sərgisi açılıb

Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Amerika Birləşmiş Ştatları Konqres binasında fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərin səbəb olduğu dağıntıları əks etdirən fotoşəkilləri sərgilədi.
Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi 2023-cü ili 16-21 aprel tarixlərində ABŞ-da “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələləri ilə bağlı bir sıra panel iclas və toplantılar keçirir.
Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bu çərçivədə Konqresin Rayburn binasında zəlzələlərin səbəb olduğu dağıntıları əks etdirən 20-dən çox fotoşəkilin nümayiş olunduğu ''Əsrin Fəlakəti'' foto sərgisini açıb.
Sərginin açılışında Türkiyenin Vaşinqtondakı səfiri Həsən Murat Mercan, Türkiye Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiya üzrə komissiyasının sədri və Ədalət və İnkişaf Partiyasının (AK Patiya) Konya millət vəkili Ziya Altunyaldız, Fövqəladə Hallar İdarəsinin  (AFAD) Zəlzələ və Riskin Azaldılması məsələləri üzrə Baş direktoru professor Orhan Tatar, Prezident  Aparatının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvləri professor Çağrı Erhan və professor Nurşin Ateşoğlu Güney, Türkiye Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbərinin müavini Çağatay Özdemir iştirak ediblər.

Sərgiyə həmçinin ABŞ Konqresinin Türkiye-Amerika Dostluq Qrupunun həmsədri və Cənubi Karolina nümayəndəsi Co Vilson və Texas nümayəndəsi Pit Seşns də qatılıblar. Türk-Amerikan cəmiyyətindən çox sayda adamın qatıldığı sərgidə açılış nitqi ilə çıxış edən millət vəkili Ziya Altunyaldız fevralın 6-da  başda Kahramanmaraş olmaqla 11 vilayətdə baş verən zəlzələlərin bənzərsiz olduğunu bildirib. Altunyaldız  Vilsonun səyləri ilə Nümayəndələr Palatasında zəlzələlərdən zərər çəkən Türkiye və Suriyaya başsağlığı verildiyi, ABŞ-ın Türkiye və Suriya xalqına verdiyi dəstəyin alqışlandığı qətnamə layihəsinin qəbul edildiyini xatırladaraq Cənubi Karolina nümayəndəsinə təşəkkür edib. Vilson isə öz növbəsində qanun layihəsi qəbul olduğu üçün məmnun olduğunu ifadə edərək, iki ölkə arasında uzun müddətdir mövcud olan müttəfiqlik əlaqələrini vurğulayıb. Pit Seşns isə öz növbəsində  deyib:"Bu gün biz yalnız zəlzələləri deyil, dəhşətli zəlzələlərin baş verdiyi günü xatırlayırıq. Biz özlərini başqalarına kömək etməyə həsr edənləri ehtiramla yad etməliyik".



Әlaqәli Xәbәrlәr