Hulusi Akar: "İsrail hücumları dərhal dayandırmalıdır"

Milli müdafiə naziri Hulusi Akar İsrailin blokadada olan Qəzza zolağına hücumlarını pislədiklərini bildirib.

1971607
Hulusi Akar: "İsrail hücumları dərhal dayandırmalıdır"

Milli müdafiə naziri Hulusi Akar İsrailin blokadada olan Qəzza zolağına hücumlarını pislədiklərini bildirib.

“İsrail administrasiyası bölgədəki xaosu artırmaqdan başqa ixeyri olmayan bu hücumları dərhal dayandırmalıdır" deyib.

Akar paytaxt Ankarada Milli Müdafiə Nazirliyində İsrailin blokadada olan Qəzza zolağına hücumları və Türkiye-Yunanıstan əlaqələri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

İsrailin daxili siyasət səbəblərilə süni bəhanələrlə müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında yenə müqəddəs olan Əqsaya vəhşicəsinə hücum etdiyini bildirən Akar müsəlman dünyasından gələn ciddi reaksiyalara baxmayaraq zorakılığın dozasının artdığına diqqət çəkib.

"İsrail ötən gecə qeyri-mütənasib güc tətbiq edərək Qəzza zolağına ayrıseçkilik etmədən hücumlar həyata keçirdi. Biz İsrailin bu hücumlarını şiddətlə qınayır və pisləyirik. İnsan haqlarını və ümumbəşəri dəyərləri göz ardına vuran bu təcavüzkar münasibət bölgədəki gərginliyi daha da artırır. sülhə zərər verəcəyini bildirib. İsrail administrasiyası bölgədə xaosu daha da artıracaq bu hücumları dərhal dayandırmalıdır”, deyə nazir Akar qeyd edib. 

Nazir Akara Türkiyeyə qonaq olaraq gələn Yunanıstan müdafiə naziri Nikolaos Panagiotopoulos ilə fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş Hatay səfəri xatırladılıb və iki ölkə arasındakı əlaqələrin son vəziyyəti soruşulub. 

Zəlzələlərdən sonra yaranan müsbət və konstruktiv atmosferin davam etdirilməsinin vacibliyini vurğulayan Akar deyib:

"Bu mövzuda fəaliyyətlərimiz və danışıqlarımız davam edir. Turizmin 15 iyun və 15 sentyabr tarixləri arasında Egey dənizinin beynəlxalq sularında və hava məkanında təlimlərdən qaçınılmasını nəzərdə tutan moratorium müddətinin uzadılması kimi bəzi məsələlərdə konkret müsbət irəliləyişlər gözləyirik. Dialoq qapılarının açıq olması çox vacibdir. Egey və Aralıq dənizinin artıq daimi əməkdaşlıq mühitinin yaradılması ilə həqiqətən bir dostluq dənizinə çevrilməsi səmimi arzumuzdur".



Әlaqәli Xәbәrlәr