Süleyman Soylu Türkiyenin terrorla mübarizəsi barədə açıqlama verib

İstanbul Taksimdə törədilən bombalı hücumu planlaşdıran terror təşkilatı PKK mənsubu terrorçu Bilal Hassanın ölkə xaricinə çıxarılmasına kömək edən Hazni Gölge Bolqarıstanda yaxalanıb.

1930928
Süleyman Soylu Türkiyenin terrorla mübarizəsi barədə açıqlama verib

İstanbul Taksimdə törədilən bombalı hücumu planlaşdıran terror təşkilatı PKK mənsubu terrorçu Bilal Hassanın ölkə xaricinə çıxarılmasına kömək edən Hazni Gölge Bolqarıstanda yaxalanıb.

Daxili işlər naziri Süleyman Soylu özəl televiziya kanallarındar birinə verdiyi açıqlamada 13 noyabrda İstiqlal küçəsində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı partlayışı planlaşdıran Bilal Hassanı qaçıran Hazni Gölgenin yanvarın 10-da Bolqarıstanda yaxalanıb Türkiyeyə təhvil verildiyini bildirib. 

Terrorla uğurlu mübarizəyə toxunan S.Soylu Türkiyedə terrorçuların sayının 120-nin aşağısında olduğunu qeyd edib. 

Neft kəşf edilən Şırnak vilayəti ərazilərində yerləşən Qabar dağında aparılan əməliyyatla bağlı Soylu deyib:

“Qabarda 4 terrorçu zərərsizləşdirilib. Onlardan ikisi boz kateqoriyada axtarışda idilər. Qabar dağında 7 terrorçu vardı, onlardan 4-ü zərərsizləşdirildi, indi cəmi 3-ü qalıb. Cudi dağı terrorçulardan tamamilə təmizlənib.  Dekabrda orada 11 terrorçunu zərərsizləşdirdik".

Türkiyenin terrorla mübarizədə tarix yazdığını qeyd edən daxili işlər naziri ona da deyib ki, biz təkcə PKK/KCK terror təşkilatı ilə məşğul olmadıq. Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı DEAŞ-a qarşı aparıldı. Biz DEAŞ-a qarşı da mübarizə apardıq, bu terror təşkilatı ilə mübarizə aparan yeganə ölkəyik. Türkiyedə ABŞ və Avropaya baxmayaraq Fətullahçı Terror Təşkilatına (FETÖ) diz çökdürdük.



Әlaqәli Xәbәrlәr