Türkiye Böyük Millәt Mәclisinin sәdri kubalı hәmkarı ilә görüşüb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Kuba Milli Məclisinin sədri Esteban Lazo Hernandez ilə görüşüb.

1915696
Türkiye Böyük Millәt Mәclisinin sәdri kubalı hәmkarı ilә görüşüb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Kuba Milli Məclisinin sədri Esteban Lazo Hernandez ilə görüşüb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop paytaxt Ankarada nümayəndə heyətləri arasında keçirilən görüşdə etdiyi çıxışda iki ölkə və xalqları arasında uzun məsafə olmasına baxmayaraq bir-birinə mehriban hisslər bəslədiyini bildirib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kubaya qarşı tətbiq etdiyi sanksiyalara toxunan Mustafa Şentop  Türkiyənin Kubanın embarqonun ləğvi üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim etdiyi qanun layihəsini hər il dəstəklədiyini xatırladıb.

Mustafa Şentop bildirib ki, Kubanın prinsipial mövqeyi, illərdir məruz qaldığı ədalətsiz sanksiyalara baxmayaraq Türkiyə hökuməti üçün müstəsna əhəmiyyətə malikdir.

"Kubanın ABŞ tərəfindən məruz qaldığı ədalətsiz və qanunsuz sanksiyalara hər platformada qarşıyıq. Kuba və xalqının rifahı üçün böyük çətinliklər yaradan bu qeyri-insani embarqonun aradan qaldırılacağına ümid edirik",-deyə Türkiye Böyük Millət Məclisinin sədri qeyd edib.

Kuba Milli Məclisinin sədri Esteban Lazo Hernandez isə öz növbəsində ABŞ-ın ölkəsinə tətbiq etdiyi embarqoya qarşı Türkiyənin verdiyi dəstəyə görə təşəkkür edib. Hernandez hökumətlər arasında olduğu kimi parlamentlər arasında da əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bəyanatlardan sonra Mustafa Şentop və Esteban Lazo Hernandez parlamentlərarası əməkdaşlıq protokolunu imzalayıblar.



Әlaqәli Xәbәrlәr