Mövlud Çavuşoğlu Moldovalı hәmkarı ilә birgә mәtbuat konfransında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovanın sabitliyinə böyük əhəmiyyət verdiklərini bildirib.

1916039
Mövlud Çavuşoğlu Moldovalı hәmkarı ilә birgә mәtbuat konfransında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovanın sabitliyinə böyük əhəmiyyət verdiklərini bildirib.

Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyinin İstanbuldakı nümayəndəliyində Moldova baş nazirinin müavini və xarici işlər naziri Niku Popesku ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

Mövlud Çavuşoğlu Türkiyənin Moldova ilə tarixi və mədəni əlaqələrinin olduğunu, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin olduğunu və bu ölkənin sabitliyinə böyük önəm verdiyini bildirib.

Türkiye ilə Moldova arasında əməkdaşlığın hər sahədə inkişaf etdirilməsi üçün çalışdıqlarını ifadə edən Mövlud Çavuşoğlu Türkiye ilə Moldova arasındakı  yaxın əlaqələrin bölgənin sabitliyi üçün son dərəcə faydalı olduğuna diqqət çəkib.

İki ölkə arasında ticarətin sürətlə artdığı, türk şirkətlərinin Moldovada təxminən 300 milyon dollarlıq sərmayəsi olduğu barədə məlumat verən Mövlud  Çavuşoğlu  Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən  enerji və ərzaq təhlükəsizliyinin dünyada ilk gündəm mövzusuna çevrildiyini, rəsmi Ankara ilə Kişinyovun enerji sahəsində əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

Türkiyenin terrorla mübarizəsini qətiyyətlə davam etdirdiyini qonaq nazirə çatdırdığını ifadə edən Mövlud Çavuşoğlu Türkiyenin Fətullahçı Terror Təşkilatı ilə bağlı gözləntilərinin Popeskuya çatdırıldığını vurğulayıb.

Qaqauz Muxtar Bölgəsinin də Moldovanın ayrılmaz bir parçası olduğuna diqqət çəkən Mövlud Çavuşoğlu Türkiyənin Kişinyov rəhbərliyi ilə Qaqauz Muxtar Bölgəsi arasında dialoqun gücləndirilməsinə əhəmiyyət verdiyini və bu istiqamətdə hər cür dəstəyi verəcəyini vurğulayıb.

Mövlud Çavuşoğlu Dnestryanı münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə önəm verdiklərini qeyd edib.

Moldova və Türkiyenin Rusiya-Ukrayna müharibəsindən ən çox təsirlənən ölkələr arasında olduğunu deyən Mövlud Çavuşoğlu Türkiyenin davamlı  və ədalətli sülh üçün üzərinə düşəni etməyə çalışacağını bildirib.



Әlaqәli Xәbәrlәr