Kommunikasiya İdarəsi Brüsseldə “Ədalətli dünya mümkündür” adlı panel təşkil edib

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində (AP) “Daha Ədalətli Dünya Mümkündür” adlı panel təşkil edib.

1913140
Kommunikasiya İdarəsi Brüsseldə “Ədalətli dünya mümkündür” adlı panel təşkil edib

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində (AP) “Daha Ədalətli Dünya Mümkündür” adlı panel təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) quruluşunda olan çatışmazlıqların və onların aradan qaldırılması üçün zəruri islahatların müzakirə edildiyi paneldə Avropanın müxtəlif ölkələrindən olan ekspertlər daha prinsipial, əhatəli, strateji və tətbiq oluna bilən model üçün öz perspektivlərini təqdim ediblər.

Avropa İttifaqının (Aİ) Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə məsləhətçisi Yoanna Maqdalenanın moderatorluğunda ekspertlər mövcud quruluşun yeni təhdidlərə kifayət həll yolları təqdim edəcək vəziyyətdə olmadığını müzakirə edərək, Prezident Rəcəb Tayyib Ərdoğanın "Daha ədalətli bir dünya mümkündür" kitabında diqqətə çatdırdığı düşüncələr ətrafında fikir mübadiləsi aparıblar.

"TRT World" telekanalının xarici siyasət üzrə eksperti Yusuf Erim BMT-nin hazırkı quruluşu ilə qaçqınlar, terror və iqlim dəyişikliyi kimi qlobal problemlərlə məşğul olmaq üçün kifayət etmədiyinə diqqət çəkib.

Y.Erim Afrika və Cənubi Amerikanın BMT Təhlükəsizlik Şurasında daimi təmsilçiliyinə ehtiyac olduğunu vurğulayıb.

AP-nin Siyasət və Strateji Kommunikasiyalar Məsləhətçisi İpək Tekdemir də Aİ-nin dünya nizamını daha ədalətli etmək üçün atacağı addımlar haqqında fikirlərini təqdim edib. 

Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının keçmiş baş direktoru Riçard Milsom 70 illik dünya nizamının yeni təhlükələrə həll yolları tapmaq üçün kifayət etmədiyini vurğulayıb.

Avropa Qonşuluq Şurasının beyin mərkəzinin direktoru Samuel Doveri Vesterbye bu mənada Türk Dövlətləri Təşkilatı (TDT) kimi yeni qurumların əhəmiyyətindən danışıb.

NATO və beyin mərkəzlərinin strateji analitiki və siyasət müşaviri Maurizo Geri isə bəyan edib ki, BMT Təhlükəsizlik Şurasında səslərin çoxluğuna qarşı veto məsələsi demokratik quruluşa uyğun gəlməyən və müasir olmayan bir anlayışdır.



Әlaqәli Xәbәrlәr