“Türkiyə Rusiya-Ukrayna arasında praqmatik xətt tutur”, M.Çavuşoğlu

Görüşdən təşkil edilən birgə mətbuat konfransında çıxış edən M.Çavuşoğlu deyib...

1796722
“Türkiyə Rusiya-Ukrayna arasında praqmatik xətt tutur”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın paytaxtı Moskvada həmkarı Sergey Lavrovla bir araya gəlib.

  Görüşdən təşkil edilən birgə mətbuat konfransında çıxış edən M.Çavuşoğlu deyib: “Biz Rusiya ilə Ukrayna arasında atəşkəs əldə etmək üçün səy göstərdik. Təzyiqi aşağı salmaq və diplomatiyaya yer açmaq üçün üzərimizə düşəni etdik.

  Ukraynadakı tendensiyaya, qan və göz yaşlarına son qoyulmalıdır. Müharibələrdə qalib, sülhdə isə uduzan yoxdur.

  15 mindən çox vətəndaşı Türkiyəyə gətirdik. Təxliyyələrin bir hissəsi Rusiya üzərindən edildi.

  Davam edən qarşıdurmalar mülki şəxslərin təxliyəsini çətinləşdirir.

  Türkiyə praqmatik xətt tutur, yanaşması son dərəcə balanslıdır. Rusiyaya qarşı birtərəfli sanksiyalarda iştirak etməyib, etmir.

  Putin və Zelenski arasında keçiriləcək görüşə ev sahibliyi etmək istəyirik.

  Ümid edirəm ki, iki lider razılığa gəlmək üçün görüşəcək. Putin və Zelenskinin görüşü qarşısında heç bir maneə görmürük.”

  Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Moskva görüşlərindən sonra Ukraynaya gedəcək.



Әlaqәli Xәbәrlәr