HİSAR-dan 2 müjdəli xəbər

Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Demir bildirib...

1673139
HİSAR-dan 2 müjdəli xəbər

 

  Türkiyənin hava müdafiə mərmi sistemində yerli və milli istehsal olan HİSAR-dan 2 müjdəli xəbər birdən gəldi. Aşağı Yüksəklikli Hava Müdafiə Mərmi Sistemi - HİSAR A+ tam olaraq Türkiyə Silahlı Qüvvələrinə təslim edildi. Orta Yüksəklikli Hava Müdafiə Mərmi Sistemi - HİSAR O+da isə ardıcıl istehsal mərhələsinə keçildi.

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmayıl Demir HİSAR A+ Hava Müdafiə Mərmi Sisteminin bütün avadanlıqları ilə Türkiyə Silahlı Qüvvələrinə təslim edildiyini və HİSAR O+un ardıcıl istehsal mərhələsinə gəldiyini bildirib.

  Hər cür hava şəratində iş qabiliyyətinə malik HİSAR döyüş təyyarəsləri, vertolyot, havadan quruya mərmilər, silahlı və silahsız pilotsuz uçan aparatlarına qarşı müqavimət göstərir.

  Türkiyənin yerli və milli istehsalı olan hava müdafiə mərmi sistemi – HİSAR-ın ölkənin hava müdafiəsində ciddi güc qalxanı olduğu bildirilib.  

  Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabından HİSAR-O-nun Aksaray Atəş Meydanında test zamanı hədəfləri düzgün nişan aldığını bildirib.



Әlaqәli Xәbәrlәr