Çindən Türkiyəyə daha 5 milyon doza “CoronaVac” peyvəndi gətirildi

Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə...

1661303
Çindən Türkiyəyə daha 5 milyon doza “CoronaVac” peyvəndi gətirildi

 

  Çinin “Sinovac” firması tərəfindən “Covid-19”a qarşı “CoronaVac” peyvəndindən daha 5 milyon doza iyunun 19-da Türkiyəyə gətirildi.

  Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, “CoronaVac” peyvəndinin növbəti sövqiyyatı tamamlanıb. 18 iyun gecəsi Türkiyə Hava Yollarının yük təyyarəsi ilə Çindən göndərilən 5 milyon doza peyvənd 19 iyun Türkiyə saatıyla sübh 06.00-da İstanbula çatıb.

  Qeyd edək ki, ötən həftə 3 milyon doza “CoronaVac” peyvəndi Türkiyəyə təslim edilib. Yeni gələn 5 milyon dozalıq sövqiyyatla birlikdə son 10 gündə ümumilikdə 8 milyon doza “Sinovac” peyvəndi Türkiyəyə gəlib. Peyvəndlər yoxlanıldıqdan sonra istifadəyə veriləcək.



Әlaqәli Xәbәrlәr