Mustafa Şentop Latviya parlamentinin dırnaqarası “erməni soyqırımı”nı tanımasını pisləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasını pisləyən bəyanat yayıb.

1636419
Mustafa Şentop Latviya parlamentinin dırnaqarası “erməni soyqırımı”nı tanımasını pisləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasını pisləyən bəyanat yayıb.

"TBMM 6 may 2021-ci il tarixində Latviya parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasına dair qanunsuz, hüquqi əsası olmayan qərarını rədd edir və şiddətlə qınayır" dey bəyanatda deyilib.

Mustafa Şentop “Tarixi hadisələri qınamaq və hökm vermək parlamentin vəzifəsi deyil. Bu qərar hüquqdan kənardır. Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan radikal dairələrin anlayışını dəstəkləmək yerinə, anım tarixlərində yaşanan hadisələr zamanı həqiqətlərin üzə çıxarılması üçün irəli sürdüyümüz təkliflərə dəstək verməyə dəvət edirik”, ifadələrindən isitfad edib. 

M. Şentop Latviya Parlamentinin Latviyanın işğalının işğalının 80-ci ildönümü münasibətilə verdiyi açıqlamada öz ölkəsi üçün arzuladığı dürüst və ədalətli yanaşmanı 106 il əvvəl yaşanan hadisələr mövzusunda Türkiyə üçün ortaya qoymamasının  böyük bir ziddiyyət, səmimiyyətsiz yanaşma olduğuna diqqət çəkib.

Şentop "Latviya Parlamentini tarixdən düşmənçilik yaradan radikal dairələrin anlayışını artırmaq əvəzinə bölgədəki sülhü, əmin-amanlığı və sabitliyi təmin etmək üçün təkliflərimizi və səylərimizi dəstəkləməyə dəvət edirik" deyib.



Әlaqәli Xәbәrlәr