"Virus gələcək 10 il üçün problem yaradacaq", U.Şahin

"10 milyondan çox insana peyvənd vuruldu, amma..."

1585018
"Virus gələcək 10 il üçün problem yaradacaq", U.Şahin

 

  Yeni tip korona virusu (Covid-19) peyvəndini inkişaf etdirən Almaniya bioteknologiya firması “BioNTech”in qurucu ortağı professor Uğur Şahin virusun gələcək 10 il üçün bir problem meydana gətirəcəyini bildirərək deyib: "10 milyondan çox insana peyvənd vuruldu, amma hələ görüləcək çox iş var. Peyvəndi dünyada yaşayan bütün insanlara çatdırmaq lazımdır."

  Dünya Bankı - Beynəlxalq Maliyə Fondu (İMF) Türk Zəhmətkeşləri Dərnəyi (WİTSA) və “BioNTech”in qurucuları Uğur Şahin və həyat yoldaşı doktor Özlem Türecinin iştirakıyla "Epidemiyanı yenmək üçün beynəlxalq əməkdaşlıq" başlıqlı video-konfrans təşkil edilib.

  Virusla mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayan U.Şahin: "Covid-19”un bizimlə qalacağı çox açıq görünür. O, yalnız 2021 və 2022-ci illə keçən bir problem deyil. Bu, gələcək 10 il üçün problem yaradır”, - deyib.

  Özlem Tüceci də peyvəndin paylaşdırılması və çatdırılmasında bərabərliyin təmin olunmasını istədiklərini və bu mövzuda beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.



Әlaqәli Xәbәrlәr