Prezident Ərdoğan qərbli liderləri  ölkələrində yaşayan müsəlmanları qucaqlamağa çağırıb

Ərdoğan ABŞ-da dərc olunan “Washington Post” qəzeti üçün “Yeni Zelandiya terrorçusu və DEAŞ-ın əsası eynidir” başlıqlı məqalə yazıb.

1166860
Prezident Ərdoğan qərbli liderləri  ölkələrində yaşayan müsəlmanları qucaqlamağa çağırıb

Prezident Rəcəb Tayyib Ərdoğan qərbli liderləri  ölkələrində yaşayan müsəlmanları qucaqlamağa çağırıb.

Ərdoğan ABŞ-da dərc olunan “Washington Post” qəzeti üçün “Yeni Zelandiya terrorçusu və DEAŞ-ın əsası eynidir” başlıqlı məqalə yazıb.

Yeni Zelandiyanın Kirstçörç şəhərində törədilən terror aktında 50 günahsız şəhid olduğunu bildirən Ərdoğan cümə namazı üçün yerli məscidlərdə bir araya gələn onlarla müsəlmanın hücumdan yaralı xilas olduğuna diqqət çəkib.

 Qətliam silahlarının üzərində və terrorçunun internet vasitəsilə yayımladığı dırnaqarası manfestdə müxtəlif tarixi istinadlar olduğunu vurğulayan Ərdoğan “Terrorçunun Türkiyənin və şəxsimin adını bir neçə dəfə çəkməsi həm mənalı həm də barəsində düşünülməsi lazım olan bir mövzudur” ifadələrini işlədib.

Ərdoğan Kirstçörç qətliamının cinayətkarının dünya tarixini və xristianlıq inancını təhrif edərək bu düşüncələrini qanuniləşdirməyə cəhd göstərdiyini vurğulayıb.

Ərdoğan DEAŞ-ın son illərdə İstanbulun yenidən fəthi üçün çağırış etdiyini, bu çağırışın Kristçörç cinayətkarının manifestində yer alan şəhəri bir daha xristianlaşdırma sözü ilə oxşarlıq göstərdiyini bildirib.

Qərb dünyasında islamafobiya və xaricilərə qarşı düşmənçiliyin səssizliklə qarşılandığını bildirən Ərdoğan “Əgər dünya Yeni Zelandiyada törədilən terror aktının oxşarlarının gələcəkdə yaşanmasına mane olmaq istəyirsə, ilk olaraq bu hadisənin koordinasiya edilmiş bir qara yaxma kampaniyasının nəticəsi olduğunu təşxis etməlidir” deyib.  

Prezident Ərdoğan qərbli liderlərin Yeni Zelandiyanın Baş naziri cənab Jacinda Arderin cəsarəti, liderliyi və səmimiyyətindən dərs götürərək öz ölkələrində yaşayan müsəlmanlara qucaq açmalarının vacibliyini də dilə gətirib.



Әlaqәli Xәbәrlәr