R.T.Әrdoğan N. Nazarbayevi rәsmi mәrasimlә qarşıladı

Prezident İqamәtgahında baş tutan  qarşılama mәrasimindәn sonra R.T. Әrdoğan ilә N.Nazarbayev tәkbәtәk görüş keçirib.

545970
R.T.Әrdoğan N. Nazarbayevi rәsmi mәrasimlә qarşıladı

 

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Fetullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyini  (FETÖ/PDY)  iyulun 15-dә hәyata keçirdiyi  çevriliş cəhdindәn sonra  Türkiyəyə səfər edən ilk lider  Qazaxıstan prezidenti Nursultan Nazarbayevi rəsmi mərasimlə qarşıladı.

 Prezident İqamәtgahında baş tutan  qarşılama mәrasimindәn sonra R.T. Әrdoğan ilә N.Nazarbayev tәkbәtәk görüş keçirib.

 Mәrasimdә Baş nazirin müavini Tuğrul Türkeş vә Xarici İşlәr naziri Mövlud Çavuşoğlu da  iştirak ediblәr.

 Rәcәb Tayyib Әrdoğan ilә Nursultan Nazarbayev  görüşlәri başa çatdıqdan sonra birgә mәtbuat konfransı keçiriblәr.

Prezident Ərdoğan mətbuat konfransında Nursultan Nazarbayevin   "Fәtullahçı terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin  (FETÖ/PDY)  iyulun 15-dә  hәyata  keçirdiyi çevrilişi cəhdindәn sonra gәlmәsinin böyük  әhәmiyyәt  kәsb  etdiyini  qeyd edәrәk : ‘‘Cәnab Nazarbayev çevriliş cәhdinә  reaksiya bildirib Türkiyәyә sәfәr edәn ilk  dövlәt başçısıdır’’ deyә bildirib.

Ərdoğan Nazarbayevin Türkiyə və Türk milletini düşünen çәtin  günün  dostu olduğunu  bildirib.

 Qazaxıstan prezidenti Nazarbayev ilə 15 İyul  çevrilişi cəhdini və FETÖ-nu  müzakirә etdiklәrini  deyən Ərdoğan: ‘‘FETÖ sadәcә Türkiyә üçün  deyil mövcud olduğu hәr ölkә üçün tәhlükәdir. FETÖ ilә  ölkә daxilindә olduğu kimi xaricindә dә qәtiyyәtlә  mübarizәmizi davam etdirәcәyik.  FETÖ  ilә әlaqәdar narahatlığımızı çatdırdıq’’ deyә bildirib.

Qazaxıstanın  Aktöbe şәhәrindә  törәdilәn terror hücumunu da qınaya  R.T. Ərdoğan: ‘‘Türkiyә terrorun hər növü ilə mübarizədə Qazaxıstanın yanındadır və olmağa da davam edəcək" deyә qeyd edib.

 Qazaxıstan prezidenti Nazarbayev də: ‘‘Türkiyәyә  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğanın yanında olduğumuzu söylәmәk üçün gәldim. Qazaxıstan hәr zaman  Türkiyәnin yanındadır vә dәstәklәmәyә davam edәcәk. Qardaş respublikanın qardaşlığı  bizim üçün әhәmiyyәtlidir. Hәm ticarәt hәm dә iqtisadi cәhәtdәn  ciddi mәsafәlәr qәt etdiyimizә inanıram. Bunun davamı gәlәcәk. Bizim ölkәmizdәki Türk kapitalının sәviyyәsi çox yaxşıdır. Hazırda Türk iş adamları  bizlә  birlikdә çalışır. Hazırda iki ölkə arasındakı investisiyaların ümumi hәcmi  800 milyon dollar tәşkil edir’’ deyә bildirib.

Qazaxıstan prezidenti Nazarbayev  hәmçinin   (FETÖ/PDY)-in Qazaxıstandakı  məktəbləri ilə bağlı  isә belә deyib: ‘‘Biz Türkiyәyә qarşı iş görәn  heçkimi dәstәklәmirik. Bu vәziyyәt  bizim maraqlarımıza uyğun deyil. Biz bunu istәmirik. Bu barәdә razılıq әldә etdik. İki ölkәnin Tәhsil Nazirliklәri  bir heyәt yaradaraq mәktәblәri nәzarәtdәn  keçirәcәk. Әlaqәsi olan müәllimlәr varsa  müәyyәn edilib geri göndәrilәcәk vә Türkiyә dövlәtindәn  başqa müәllimlәr istәyәcәyik’’ 



Әlaqәli Xәbәrlәr