Almaniya Türkiyənin tələbinə mənfi cavab verdi

Almaniyanın Baden Vürtemberq Əyalət Baş Naziri Winfried Kretschmann Türkiyənin Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdərçiliyinə  (FTÖ/PDY) aid qurumlara nəzarət tələbinə mənfi cavab verdi.

540317
Almaniya Türkiyənin tələbinə mənfi cavab verdi

" Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə müsahibə verən Kretschmann Türkiyənin Ştuttqart Baş Konsulluğu vasitəsilə əyalətdəki Gülən camaatına aid qurumlarına nəzarət üçün etdiyi müraciətinin qəribə olduğunu söylədi.
 
 "Burada bizdən heç bir dəlil olmadan şübhə əsasında insanları təqib etməyimiz tələb olunur" deyən Kretschmann bunu etməyəcəklərini bildirdi.
 
 Dövlət çevrilişinə cəhddə terroristlərin başçısı Gülənin təsirli olduğuna dair dəlil görmədiyini ifadə edən Kretschmann Türkiyənin bu tələbini Almaniya üzərində "nüfuz yaratmaq səyi" kimi səciyyələndirdi.
 
 Almaniya daha əvvəl Türkiyənin Ergenekon məhkəməsinin fərari prokurorları Zəkəriyyə Öz və Cəlal Karanın ekstradisiya edilməsi ilə əlaqədar tələbinə də "burada deyillər" cavabını vermişdi.



Әlaqәli Xәbәrlәr