Dünya ölkələrindən Türkiyəyə başsağlığı

Somada kömür mədənində baş verən faciədən sonra dünya ölkələrindən Türkiyəyə başsağlığı gəlməkdə davam edir.

68077
Dünya ölkələrindən Türkiyəyə başsağlığı

Somada kömür mədənində baş verən faciədən sonra dünya ölkələrindən Türkiyəyə başsağlığı gəlməkdə davam edir. Faciə ilə əlaqədar ABŞ-dan ilk rəsmi aşıqlama Ağ Evdən gəlib. Açıqlamada ölənlərin ailələrinə başsağlığı verilib, yaralılara şəfa dilənib. ABŞ Dövlət Departamendinin açıqlamasında isə xilasetmə əməliyyatlarının uğurlu olması və yaralıların sağalması arzulanıb. Bu arada, Ağ Ev qarşısında toplaşan türklər şam yandıraraq Somada ölənlərin xatirəsini yad ediblər.

BMT-nin baş katibi Ban Kİ Mun da Türkiyəyə başsağlığı verib.

Faciə ilə əlaqədar Türkiyədə elan edilən matəm səbəbindən Türk Evindəki bayraq da yarıya qədər endirilib. Nyu-Yorkda həftə sonu keçiriləcək Türk Günü Yürüşü çərçivəsində təşkil ediləcək bəzi tədbirlər də təxirə salınıb.

Avropa İttigaqının ən yüksək rəsmi şəxsləri də Türkiyəyə başsağlığı ünvanlayıb.

Azərbaycan prezidenti İlham Əliyev prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Şimali Kıbrıs Türk Respublikasının prezidenti Derviş Əroğlu, baş nazir Özkan Yorqancıoğlu və Parlament sədri Sibel Siber də Türkiyəyə başsağlığı verib. Bundan başqa, Şimali Kıbrıs Türk Respublikasında da 2 günlük matəm elan olunub. Kıbrıs Rum İcmasının lideri Nikos Anastasiadis də türk hökuməti və xalqına başsağlığı verib.

Pakistanda da faciə ilə əlaqədar 1 günlük matəm elan olunub.

Qeyd edək ki, Almaniya, İngiltərə, Fransa, Hollandiya, Avstraliya, İran, İraq, Yunanıstan, Ukrayna, Belşika, Bosniya və Hersoqovina, İsveç, İspaniya, Qətər, Küveyt, Bəhreyn, Qırğızıstan, Albaniya, Kosova, Pakistan və Qəzza hökumətləri də Türkiyəyə başsağlığı ünvanlayıblar. Bir sıra ölkələr isə Türkiyədən tələb gələcəyi təqdirdə yardım etməyə hazır olduğunu bildiriblər. Roma Papası Fransisk isə həftəlik çıxışında mədən qəzasında ölənlər üçün dua edib və xristianlardan dua etmələrini istəyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr