Cumhurbaşqanı Abdullah Gül Somaya gedir

Pekin və Şanghaya planlaşdırılan 6 günlük sәfәrini ləğv edən prezident Abdullah Gül bu gün Somaya gedir.

67777
Cumhurbaşqanı Abdullah Gül Somaya gedir

Somada әvvәlki gün baş verәn faciə səbəbiylə Pekin və Şanghaya planlaşdırılan 6 günlük sәfәrini ləğv edən prezident Abdullah Gül bu gün Somaya gedir.

Dövlәt başçısı Abdullah Gül-ü, ABŞ səfərini tәxirә salan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək müşaiyәt edәcәk.

Digәr tәrәfәn Somada mәdәn ocağında baş verәn faciə səbəbiylə ötәn gün Məclisdəki Komissiya və mətbuat konfransları da ləğv edilib.

Parlamentdә keçirilmәsi planlaşdırılan sesiya isә Mayın 20-nә tәxirә salınıb.

Cümhuriyyәt Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və Xalqın Demokratiya Partiyasının hәmsәdri Sebahat Tuncәl isә ötәn gün Somada olarkәn, Milliyyətçi Hərəkət Partiyasının rәhbәri Dövlət Bahçәli, bu gün qәzanın baş verdiyi qәsәbәyә gedir.

Baş qərargah idarәsinin başçısı General Necdət Özәl və Diyanət İşləri idarәsinin rәhbәri Mәhmәt Görmez isә Türkiyә vә Türk xalqına başsağlığı verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr