Azərbaycan Mədəniyyət Mərkəzi Ankara Universiteti ilə yeni layihələr həyata keçirəcək

Türkiyədənin Azərbaycan Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ilə görüşüb və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

2140428
Azərbaycan Mədəniyyət Mərkəzi Ankara Universiteti ilə yeni layihələr həyata keçirəcək
Samir Abbasov və Necdet Ünüvar_.jpg
Samir Abbasov və Necdet Ünüvar.jpg

 

  Türkiyədənin Azərbaycan Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ilə görüşüb və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

  Universitetdə reallaşan görüşdə N.Ünüvar Türkiyə-Azərbaycan qardaşlıqdan, iki dövlət arasında sıx əməkdaşlıqdan, Ankara Dövlət Universitetinin Azərbaycanın aparıcı universitetləri ilə əlaqələrindən danışıb və daim Azərbaycanı diqqət mərkəzində saxladıqlarını qeyd edib. Təməli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş və 1946-cı ildə Cümhuriyyətin ilk universiteti kimi yaradılan təhsil ocağının hazırda 19 fakültə olmaqla ölkə üçün yüksək səviyyəli mütəxəssislərin hazırladığını nəzərə çatdıran rektor Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi siyasətçisi Heydər Əliyevin Ankara Universitetinə gəlməsi, Türkiyə ilə yaxınlıq üçün gördüyü işlərdən danışıb.

  Samir Abbasov isə Azərbaycan milli mədəniyyəti, tarixi, dili və ədəbiyyatının tanıdılması və təbliği məqsədilə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə qardaş ölkədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradıldığını, mərkəzin bu istiqamətdə Türkiyə universitetləri ilə də əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirməyi nəzərdə tutduğunu söyləyib. O, Türkiyənin ilk və nüfuzlu universitetlərindən olan Ankara Universitetinin Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqədar daim tədbir və layihələrdə öndə olduğunu vurğulayaraq bu ali təhsil ocağında çox sayda azərbaycanlı tələbələrin oxumasından məmnunluğunu ifadə edib.

  Ankara Universitetində birgə layihə çərçivəsində Heydər Əliyev - Azərbaycanşünaslıq Mərkəzinin yaradılması təklifi ilə çıxış edən S.Abbasov sözügedən mərkəzdə həmin universitetdə təhsil alan azərbaycanlılardan ibarət Azərbaycan-Türkiyə qardaşlığı – tələbə gənclər təşkilatının qurulması və fəaliyyəti, habelə Ankara Universiteti tarixçilərinin iştirakı ilə Azərbaycan-Türkiyə müttəfiqliyi, “Qərbi Azərbaycanda Azərbaycan xalqının yaratdığı irs, mədəniyyət, tarix” mövzularında elmi əsərlərinin işlənməsi, tədqiqat aparacaq redaksiya heyəti alimlərinin Azərbaycan beyin mərkəzlərində işləməsinə şərait yaradılması və s. təkliflər səsləndirib və onlara dair razılıq əldə olunub.

Görüşün sonunda Ankara Universitetinin rektoru, professor Necdet Ünüvara Azərbaycan milli xalçası  hədiyyə verilib.  

 



Әlaqәli Xәbәrlәr