Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş tarixi bəlli oldu

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi ''X'' internet səhifəsində yazıb

2135899
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş tarixi bəlli oldu

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi ''X'' internet səhifəsində yazıb.
Ayxan Hacızadə paylaşımında bu ifadələrə yer verib: 'Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq".
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev mayın 1-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlarla bağlı əldə etdiyi razılaşmanı alqışladığını bildirib.
Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistanın paytaxtı İrəvana rəsmi səfəri zamanı  Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəklədiklərini və bu məsələdə xoşməramlı missiyanı üzərinə götürməyə hazır olduqlarını bəyan etmişdi.



Әlaqәli Xәbәrlәr