Qıbrız prezidenti Amerikada

ŞKTR prezidenti E.Tatar Vaşinqtondakı görüşləri çərçivəsində türk mətbuat nümayəndələrilə görüşüb və deyib ...

2125325
Qıbrız prezidenti Amerikada

 

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Kiprdə suveren bərabərlik və bərabər beynəlxalq statusla bağlı fikirlərini Amerika rəsmilərinə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə çatdırıb.

  ŞKTR prezidenti E.Tatar Vaşinqtondakı görüşləri çərçivəsində türk mətbuat nümayəndələrilə görüşüb və deyib: "Bölgədəki vəziyyəti və Kiprdə suveren bərabərlik və bərabər beynəlxalq statusla bağlı həll edilməmiş məsələləri məhsuldar keçən ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşümdə diqqətə çatdırdım. 

  ABŞ rəsmilərinin Şimali Qıbrız mesajlarını yaxından izləyirik. ŞKTR-ə qarşı embarqo və sanksiyaların aradan qaldırılmalıdır. 

  “Suveren və bərabər beynəlxalq status” siyasətindən geri çəkilmək fikrimiz yoxdur. Rəsmi danışıqlar bu səpkidə başlanmalıdır". 

  Qıbrız prezidenti Ersin Tatar Hudson İnstitutunda amerikalı mütəxəssislərlə keçirdiyi görüşün də faydalı olduğunu və amerikalıların Kiprdəki prosesləri yaxından izlədiklərini bildirib.

  E.Tatar Amerika mətbuatına da açıqlamalar verib. 

  Qıbrız prezidenti Vaşinqtonda Kipr türkləri nümayəndələrilə də görüşüb.



Әlaqәli Xәbәrlәr