“Barış gücü” əsgərləri “Yaşıl xətt” üzərindəki işlərə nəzarət edib

... İşlər 20 avqustda eyni şəkildə aşağı tempdə yarım gün olaraq sürüb

2026838
“Barış gücü” əsgərləri “Yaşıl xətt” üzərindəki işlərə nəzarət edib

 

  Şimali Kipr Türk Respublikası (ŞKTR) tərəfindən həyata keçirilən Pile-İgidlər (Pile-Yiğitler) Yolu layihəsi çərçivəsində BMT-nin nəzarətində olan Yiğitler kəndindən yaşıl xətt üzərindəki Pile kəndinə qədər yol baxım və genişləndirmə işləri davam edir.

  13 avqust səhəri başlayan və həftəsonu ilə əlaqədar aşağı templə davam edən iş ayın 19-da günorta saatlarında dayandırılıb.

  İşlər 20 avqustda eyni şəkildə aşağı tempdə yarım gün olaraq sürüb.

  Qeyd edək ki, layihənin qarşısını almaq istəyən BMT Sülhməramlı Qüvvələri əsgərlərinin avqustun 18-də ŞKTR polisi tərəfindən “Yaşıl xətt”də geri göndərilməsindən sonra ayın 20-də bölgəyə gedən “Barış gücü” əsgərləri qıbrız tərəfinin “Yaşıl xətt”i üzərindəki işlərə nəzarət edib.

  ŞKTR Xarici İşlər Nazirliyinin müşaviri verdiyi yazılı açıqlamada BMT Sülhməramlı Qüvvələrinin 19 avqsutda bölgəyə şəxsi heyət göndərdiyini, lakin onların işə qarışmadığını bildirib.



Әlaqәli Xәbәrlәr