Müsəlman-Şərq və Türk dünyasında ilk cümhuriyyətin 105 yaşı Ankarada qeyd edildi

28 May Azərbaycanın Müstəqillik Günü və 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyi rəsmi qəbul mərasimi təşkil etdi

1991678
Müsəlman-Şərq və Türk dünyasında ilk cümhuriyyətin 105 yaşı Ankarada qeyd edildi
Azərbaycan Cümhuriyəti_105_Ankara_.jpeg
Rəşad Məmmədov, Fuad Oqtay və xanımları.jpeg
Rəşad Məmmədov, Fuad Oqtay_.jpeg
Rəşad Məmmədov.jpeg
Fuad Oqtay.jpeg
Şuşa musiqi qrupu_02.jpeg
Şuşa musiqi qrupu.jpeg
Azərbaycan Cümhuriyəti_105_Ankara_06.jpeg
Azərbaycan Cümhuriyəti_105_Ankara_07.jpeg

 

  28 May Azərbaycanın Müstəqillik Günü və 26 İyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyi rəsmi qəbul mərasimi təşkil etdi.

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay, Baş Qərargah rəisi Yaşar Gülər, ombudsman Şərəf Malkoçoğlu və digər dövlət rəsmiləri, Silahlı Qüvvələr təmsilçiləri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, millət vəkili Anar Məmmədov, ölkədəki diplomatik korpus nümayəndələri, ziyalılar və ictimaiyyətin iştirakı ilə keçirilən tədbir Azərbaycan və Türkiyənin dövlət himnləri ilə başladı.

  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışı edərək 1918-ci ildə müsəlman-Şərq və Türk dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay kimi qısa müddət ərzində əldə etdiyi uğurlardan, verdiyi töhfələrdən danışdı, 105 yaşlı o dövlətin varisi olan bügünkü müstəqil Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyində sürətli inkişaf yolu keçdiyini vurğuladı. Diplomat 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə də qəhrəman Azərbaycan xalqı və ordusunu təbrik etdi.

  Səfir 2023-cü ilin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının və Türkiyə Respublikasının 100 yaşlarını xatırladaraq böyük dövlət başçısının “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin tarixin ən yüksək səviyyəsinə çatdığını bildirdi.

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay da çıxışında iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişafına diqqət çəkdi və bu münasibətlərin dövlət başçılarının siyasi iradəsi ilə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.

  Təntənəli tədbirdə Azərbaycanın xalq artisti Azərin və “Şuşa” musiqi qrupunun ifaları səsləndi və alqışlarla izlənildi.



Әlaqәli Xәbәrlәr