Murat Nurtileu Türkiye ilə Qazaxıstan arasındakı münasibətləri qiymətləndirib

Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileu Türkiye ilə Qazaxıstan arasındakı münasibətlərin nümunəvi səviyyədə olduğunu bildirib.

1985836

Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Nurtileu Türkiyenin Qazaxıstandakı səfiri Mustafa Kapucunu qəbul edib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq və beynəlxalq ilə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qazaxıstan və Türkiye arasında əlaqələrin nümunəvi səviyyədə olduğunu qeyd edən Nurtileu ticari-iqtisadi əməkdaşlığın, birgə layihələrin həyata keçirilməsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Səfir Mustafa Kapucu isə öz növbəsində ikitərəfli əməkdaşlıqda müsbət inkişaf dinamikasını yüksək qiymətləndirdiklərini və Türkiye ilə Qazaxıstan arasında strateji əlaqələrin güclənməsinə töhfə verməyə hazır olduqlarını qeyd edib.

Әlaqәli Xәbәrlәr