Ceyhun Bayramov: “Türkiyedə zəlzələ bölgəsində bərpa işlərinə dəstəyimiz davam edəcək”

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində bərpa və quruculuq işlərində ölkəsinin dəstəyinin davam edəcəyini açıqlayıb.

1962727
Ceyhun Bayramov: “Türkiyedə zəlzələ bölgəsində bərpa işlərinə dəstəyimiz davam edəcək”

 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiye və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında çıxışı zamanı bu barədə danışıb.

Ceyhun Bayramov: “ Türkiyedə zəlzələ bölgələrində 100 milyon dollar dəyərində yaşayış binaları başda olmaqla ictimai binalar və təhsil müəssisələri tikəcəyik”. Zəlzələdən dərhal sonra axtarış-xilasetmə, tibb işçiləri və könüllülərdən ibarət 940 nəfərlik heyətin Azərbaycandan Türkiyeyə cəlb edildiyini xatırladan XİN Türkiyeyə 5 min 300 ton humanitar yardım çatdırdıqlarını və aidiyyatı qurumların hesabına 45 milyon dollar köçürdüklərini, ölkəsinin bundan sonra da qardaş Türkiyenin yanında olmaqda davam edəcəyini və zəlzələdən sonra aparılan yenidənqurma işlərinə maliyyə və texniki dəstəyi davam etdirəcəyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr