Türkiyədəki zəlzələ ilə əlaqədar Azərbaycan səfirliyində qaynar xətt

Azərbaycan Respublikası vətəndaşlarının +90 535 577 61 68 və +90 536 613 86 48 nömrəsilə əlaqə salxamalıdır

1942375
Türkiyədəki zəlzələ ilə əlaqədar Azərbaycan səfirliyində qaynar xətt

 

  Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb. Bu barədə səfirliyin tvitter hesabında yazılıb.

  Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan Respublikası vətəndaşlarının +90 535 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

  Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda da qaynar xətt yaradılıb. Barədə konsulluğun tvitter hesabında yazılıb.

  Zəlzələdə zərər çəkən Azərbaycan vətəndaşları +90 536 613 86 48 nömrəsilə əlaqə salxamalıdır.

  Qeyd edək ki, vefralın 6-da Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.



Әlaqәli Xәbәrlәr