Ankarada “Şuşa ili” çərçivəsində tədbirlər davam edir

Səfirliyin və Ankara Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə kitab təqdimatı və konsert proqramı keçirilib

1909665
Ankarada “Şuşa ili” çərçivəsində tədbirlər davam edir
Şuşa ili_Hacı Vəli Univ_04.jpeg
Şuşa ili_Hacı Vəli Univ_02_.jpeg
Şuşa ili_Hacı Vəli Univ_01.jpeg
Şuşa ili_Hacı Vəli Univ_03.jpeg

 

  Azərbaycanın Türkiyədəki Səfirliyi “Şuşa ili” çərçivəsində tədbirlər keçirməyə davam edir.

  Səfirliyin və Ankara Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə kitab təqdimatı və konsert proqramı keçirilib.

  Tədbir öncəsi Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini əks etdirən fotolardan ibarət və İrs Mətbuat Evi tərəfindən nəşr edilmiş kitabların sərgilərinin açılışı olub.

  Hacı Bayram Vəli Universitetində təşkil olunan tədbirdə iştirakçılar Şuşa haqqında qısa film izləyib.

  Səfir Rəşad Məmmədov və universitetin rəhbər heyəti çıxış edərək Paşa Həyat Sığortanın dəstəyi ilə İrs Mətbuat Evi tərəfindən Türkiyə türkcəsində çap edilmiş "Salam, Azərbaycan" və "Qarabağın qara kitabı" adlı kitabların Türkiyə ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətindən bəhs ediblər.

  İrs Mətbuat Evinin direktoru Musa Mərcanlı və Paşa Həyat Sığorta ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov çıxış edərək kitabların ərsəyə gəlməsi ideyası və prosesi barədə məlumat veriblər.

  Professor Toğrul İsmayıl kitablarda əhatə olunmuş mövzulardan həm dövrün şahidi olaraq danışıb, həm də tarixi-elmi tərəflərini izah edib.

  Tədbirin bədii hissəsində gələnlərə universitetin Hacı Bayram Vəli Universiteti Konservatoriyasının musiqi qrupu və azərbaycanlılardan ibarət “Şuşa qrupu”nun musiqi proqramı təqdim olunub.

 



Әlaqәli Xәbәrlәr