Azərbaycanda silah anbarında partlayış və yanğın olub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

797442
Azərbaycanda silah anbarında partlayış və yanğın olub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub.

Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

Yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.   



Әlaqәli Xәbәrlәr