İranın tanınmış türk rok-pop musiqiçisi Həbib dünyadan köçdü

Əsli Təbrizli olan İranın tanınmış rok-pop musiqiçisi Həbib Muhebbi (Mohebian) bu gün səhər ürəyindəki narahatlıqdan dünyasını dəyişib.

508296
İranın tanınmış türk rok-pop musiqiçisi Həbib dünyadan köçdü

  Həbib M. 1952-ci ilin 26 sentyabrında Tehranın Elbruz dağlarının ətəyində yerləşən şimal rayonu Şemiranda anadan olub. Atası dindar və mömün bir insan idi. Oğluna çox gözəl azan oxumağı öyrətmişdi.  

  Erkən yaşlarından İranın Radio və Televiziya qurumunda çalışan Həbib, həm də dövrün tanınmış bəstəkarı Mürtəza Hənnanedən musiqi sənətinin sirrlərini öyrəndi, gitara çalmağa və oxumaga meyl saldı.

  1976-cı ildə “Man marde tanhaye şabam” (Mən gecənin tənha kişisiyəm) kasetini çıxaran kimi şöhrət onu haqqladı.

  1980-ci ildə baş verən İran İslam İnqilabından sonra bir müddət oxumadı. 2 il sonra ailəsilə bərabər İrandan çıxıb əvvəl Avropa, sonra Amerikaya getdi, ticarətlə məşğul oldu. Amma musiqisiz yaşaya bilmədiyini hiss etdi.

  28 illik qürbət həyatından sonra 2009-cu ildə ayiləsiylə bərabər İrana qayıdan Həbib ölkənin şimal bölgəsi olan Mazandaranın Ramsar şəhərində qərar tutdu.

  Həbibin ən məşhur mahnılarından biri də Azərbaycan türkcəsində oxuduğu “Ana” mahnısı idi. Eyni zamanda, ilk sevgilisi və birinci xanımı olmuş, qəzadan sonra dünyasını dəyişmiş həyat yoldaşına həsr etdiyi “Şəhla” mahnısı da ona böyük şöhrət gətirdi.  

  Bir neçə il əvvəl açıq ürək əməliyyatı keçirən musiqiçi bu gün (16.06.2016) səhər ürəyində narahatlıq hiss etdi, amma həkim gələnə qədər dünyasını dəyişdi.

  Əsli Təbrizli olan İranın tanınmış rok-pop musiqiçisi Həbib Muhebbinin ifasında həm də neçə-neçə Türk və Azərbaycan mahnıları yadigar qalıb.



Әlaqәli Xәbәrlәr