Tarixdə bu gün: 21 iyul

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

1457412
Tarixdə bu gün: 21 iyul

***

  1919-cu il 21 iyulda Azərbaycan Demokratik Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında qərar qəbul edildi. Həmin sənədə əsasən, cinsindən, dilindən və milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün vətəndaşlar Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Bərabər, müstəqim və qapalı seçkilər əsasında Müsəssislər Məclisinə 120 üzv seçilməli idi.

***

  1920-ci il iyulun 21-də erməni quldur dəstələri Zəngibasara basqın etdilər. Erməni terrorçular yüzlərlə dinc sakini, o cümlədən uşaq və qadınları da qətlə yetirdilər.  

***

  21 iyul 1940-cı ildə imzalanmış Ribbentrop-Molotov Paktına əsasən, 3 Baltikyanı dövlət – Latviya, Litva və Estoniya SSRİ-yə ilhaq edildi.

  Sovet İttifaqının tərkibində olduğu müddətdə həmin respublikaların xaricdə “mühacir hökuməti” fəaliyyət göstərdi, həm də banklarda qızıl ehtiyatları qorunub-saxlanıldı.

***

  1946-cı ilin 21 iyulunda Türkiyədə ilk çoxpartiyalı seçki keçirildi. Amma ədalətli təftişin olmaması, açıq səsvermə və gizli təsnif şəklində olan seçki sui-istifadələrə gətirib çıxardı.

  Seçki nəticəsində CHP 396, Demokrat Partiya isə 65 millət vəkili qazanmışdı.

***

  21 iyul 1960-cı ildə Sri Lankada baş nazir seçilən Sirimavo Bandaranaikedünyanın ilk qadın baş naziri oldu.  

***

21 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Azərbaycan ifaçılıq sənətinin tanınmış nümayəndəsi, xalq artisti Məmmədbağır Bağırzadə 1950-ci ilin bu günü Bakının Nardaran kəndində dünyaya gəlib.

  Muğam, təsnif və mahnıları özünəməxsus üslubda, mahir tərzdə ifa etməklə hələ sovet dövründə Azərbaycandan xaricdə də geniş dinləyici auditoriyasının rəğbətini qazanmış Məmmədbağır Bağırzadə özü də çoxlu mahnı və təsnif bəstələyib. (1950-2005)

***



Әlaqәli Xәbәrlәr