Tibb terminləri yunan və latıncadır, çünki … (mətin və audio)

Tibbi terminlər yunan və latıncadır, niyə? “Çünki” deyərək izaha keçirik.

2141935
Tibb terminləri yunan və latıncadır, çünki … (mətin və audio)

Tibb terminləri niyə yunan və latıncadır?

 

  Tibbi terminlər yunan və latıncadır, niyə? “Çünki” deyərək izaha keçirik.

   Azərbaycan və Türkiyə türkcələrində kifayət qədər olan tibbi terminləri ölü dillərdən olan latın və qədim yunan dillərində istifadə etməsək, olmazmı? Amma həkimlər tibbi təhsildən bu sözlərə o qədər öyrəşiblər ki, bu terminləri çox vaxt ana dilində danışırmış kimi işlədirlər. Sanki hər kəs başa düşür və ya düşməlidir. Axı niyə tibb terminləri daha çox yunan və latın dillərindədir?

  “Lingua franka” adlı anlayış var, müxtəlif dillərdə danışan insanlar arasında anlaşmanı təmin edən ümumi dil deməkdir və əsasən siyasət, ticarət və mədəni qarşılıqlı əlaqə kimi sahələrdə istifadə olunur. Hərfi mənada “Frankların dili” mənasını verən bu termin orta əsrlərdə Aralıq dənizi bölgəsində frankların istifadə etdiyi dil olan fransız dilinin ortaq dilə çevrilməsi nəticəsində yaranıb. “Müasir dövrdə dünyanın “lingua”dı ingilis dilidir” desək, səhv etmərik.

  Aralıq dənizi ticarətində fransız dili hökmran edirdisə, tibb sahəsində inkişafın sürət qazandığı Orta əsrlər və İntibah dövrlərində Avropada elm və fəlsəfənin dili latınca idi. O vaxtlar alimlər və filosoflar öz dillərində deyil, İncilin də dili olduğu üçün müqəddəs sayılan latın dilinə üstünlük verirdi. Bu səbəbdən o dövrdə çıxan tibb kitabları da latın dilindəydi.

  “Yenidən doğulmaq” mənasını verən İntibah dövründə isə Avropa ziyalıları antik yunan yazıları ilə tanış olur, yaxınlaşırlar. Daha əvvəl qeyd olunan xəstəliklər və müalicə üsulları da bu dildə olduğu üçün tibdə də terminlərin yunancadan götürmə meyli geniş yayılır.

  Latın və yunan mənşəli terminlər bu gün də tibbi ədəbiyyatında üstünlük təşkil etməsinə baxmayaraq, yeni kəşflər, anlayışlar artıq ixtiraçıların öz ana dilindən alınan sözlərlə adlandırılır və beynəlxalq dövriyyəyə çıxır. Bu da bizə onu deməyə əsas verir ki, tibbi terminlərin əsasən yunan və latın dillərində olması terminlərin ixtiraçının dilindən dünyaya yayılması ilə bağlı olub.



Әlaqәli Xәbәrlәr