Qәhraman qadınlarımız: Yıldız Kenter

Hekayәmizi Türkiyənin әvәzolunmaz aktrisası Yıldız Kenterə həsr etmək istərdik.

2140025
Qәhraman qadınlarımız: Yıldız Kenter

Qәhraman qadınlarımız: Yıldız Kenter

Bərədə izdiham var idi. Bir-birini tanımayan iki gənc bir-birinə baxdı. Onlar qəribə şəkildə özlərini çox xoşbəxt hiss edirdilər. Sonra gülümsədilər. Hər ikisi də qarşı tərəfin eyni hissləri paylaşdığını hiss edirdi..Sonra birdən bir-birlərini görməzdən gəldilər.

"O, nə vaxt getdi və mən necə fərq etmədim? Görəsən mən onu bir daha  görəcəyəmmi?''  deyə düşündülər .

Fatmagül də həmin gecə eyni hisslәri yaşayırdı. Gördüyü oğlanı düşünürdü. Onu düşündükcә yuxusu qaçdı vә qonaq otağına getmәyә qәrar verdi. Sәhәr saat iki idi. Bir neçә dәqiqә sonra anası gәldi yanına. Onun da yuxusu qaçmış idi. Fatmagül anasına dedi: Ana ilk baxışdan sevgiyә inanırsan? Ferhat və Şirin, Leyla ilə Məcnun və ya Romeo və Cülyetta kimi aşiq olmaq mümkündürmü? Yoxsa bu yalnız kitablarda, şeirlәrdә vә ya filmlәrdә mümkündür?

Anası gülümsәdi vә dedi: “Əlbəttə, ilk baxışdan sevgiyə inanıram. Hətta sәnә misal da verə bilərəm. Əsl sevgi hekayəsini eşitmək istəyirsәnmi?  Fatmagülün gözləri parıldadı.

Bir zamanlar Əhməd Naci Kenter adlı bir adam yaşayırdı. O, çox yaxşı ailəyə mənsub idi və çox yaxşı təhsil almışdı. Xaricdə oxuduğu müddətdə Londonda Olqa Sintiya adlı qadınla tanış olub və ikisi bir-birinə ilk baxışdan aşiq olublar. Gənc oğlan bu gözəl ingilis qadınla evlənərək İstanbula qayıdıb. Amma Əhməd  Naci bəyin ailəsi əcnəbi gəlini bəyənməyib. Bu səbəbdən qadın müsəlman dinini qəbul edib və adı Nadide Kenter olaraq dəyişdirilib.

Әhmәd Naci Kenter gənc diplomat idi. Amma yeni qanunla Xarici İşlər Nazirliyində çalışanların  həyat yoldaşlarının əcnəbi olmamasına qərar verəndə Əhməd Naci bəy həyat yoldaşını tərk etməkdən imtina edib və istefa verib.

Bu Kenter ailəsi üçün dönüş nöqtəsi olub. Hər iki tərəf sevgiləri üçün böyük fədakarlıqlar edib.

‘‘İndi sәnә fәrqli bir eşqdәn bәhs etmәk istәyirәm. Bu öz peşәsinә, sәnәtә olan sevgidir. Bayaq sәnә bәhs etdiyim cütlüyün 1928-ci ildә Ayşe Yıldız Kenter adlı bir qız övladı olub. O,  Türkiyənin ən yaxşı teatr aktrisalarından biri kimi adını tarixə qızıl hərflərlə yazdırıb”.

Yıldız Kenter 4 uşaqlı bir ailədə böyüyüb. Ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Kenter verdiyi müsahibədə deyib: “Yadımda qalan müddət ərzində biz kasıbdıq. Gözlərimi yumub keçmişi düşünəndə gözümün qabağında  eyni mənzərə canlanır. Ucuz olduğu üçün bir evdən digərinə köçürdük''.

Məktəb həyatı da çox parlaq deyildi. Orta məktəbdə oxuyanda hər il sinifdə qalırdı. O, geridə qalmağa üstünlük verən uşaq idi, 1944-cü ildə Ankara Dövlət Konservatoriyasına qəbul edilib. İmtahanda uğur qazandığı üçün Ankara Dövlət Konservatoriyasının Ali Bölməsindən sinifdәn sinifә atlayaraq məzun olub.

O, 1948-ci ildə Ankara Dövlət Teatrına daxil olub və ‘’Tatbikat’’ səhnəsində Şekspirin "On ikinci gecə" tamaşasında Oliviya rolunu ifa edib.

O, 1955-ci ildə Rokfeller təqaüdünü qazanıb və American Theatre Wing, Neighborhood Play House, Yale Drama School və Actor's Studio-da aktyorluq və aktyorluğun tədrisində yeni texnikalar üzərində işləyib. Sonrakı illərdə ABŞ və İngiltərədə təhsilini davam etdirib. Daha sonra isә Ankara Dövlət Konservatoriyasına müəllim təyin edilib.

Yıldız Kenterin anasının ailəsi onun konservatoriyaya daxil olmasını  istəməyib. Atası qızını anasından gizli şəkildə oxudub və bununla da qardaşı Müşfiq Kenter üçün  konservatoriyanın yolu açılıb.

1959-cu ildə Yıldız Kenter və qardaşı Müşfik Kenter Ankara Dövlət Teatrından istefa verərək İstanbula gediblər. Onlar  1956-cı ildə tanış olduqları teatr aktyoru Şükran Güngörlə "Şəhər aktyorları" cəmiyyətini yaradıblar.

Yıldız Kenter və Şükran Güngör tanış olduqdan 8 il sonra gizli şəkildə evləniblər vә 1968-ci il noyabrın 11-də İstanbulda Kenter Teatrını açıblar.

Karyerası boyunca bir çox milli və beynəlxalq festivallarda “Ən yaxşı qadın rolu” mükafatına və  üç dəfə “Qızıl portağal” mükafatına layiq görülüb. O, 100-dən çox teatr tamaşasında, film və seriallarda  rol alıb.

O, 2019-cu ildə 91 yaşında dünyasını dəyişib.

Fatmagül bu hekayələrdən çox təsirləndi. Bəli kitablardakı və ya filmlərdəki sevgi hekayələri gerçək həyatta da mümkün idi.

Amma bundan başqa, peşə, sənət sevgisi kimi sevgilər də var idi. Anasının dediyinə görə, Yıldız Kenter teatr haqqında deyib: “Səhnə kulislərinin toz və boya qoxusu mənim həyatımdır”.

“Sevdiyin peşə çox yaxşı şeydir yəqin ki. Görək mən memar ola biləcəyəmmi?'' deyə düşünərkən kitabxanada biri ilə toqquşdu..

''Üzr istəyirəm'' dedi. ''Mən də sizdə üzr istəyirəm'' dedi qarşı tərəf. Bir-birlərinə baxdılar, təəcübləndilər və ötәn gün bərədə qarşılaşdıqlarını xatırladılar''.

Hekayәmizi Türkiyənin әvәzolunmaz  aktrisası Yıldız Kenterə həsr etmək istərdik.

 

 

 

 



Әlaqәli Xәbәrlәr