Bəzi heyvanlar qış yuxusuna gedir, çünki …(mətin və audio)

TRT "Türkiyənin səsi" radiosunun "Çünki..." rubrikasında bəzi heyvanların niyə qış yuxusuna getdiyindən bəhs edirik

2137679
Bəzi heyvanlar qış yuxusuna gedir, çünki …(mətin və audio)
qış yuxusu_heyvanlar_.jpg

Bəzi heyvanlar qış yuxusuna niyə gedir?

 

   İstəkli dinləyicilər, orqanizmlər motorlu nəqliyyat vasitələri kimi işləmək üçün yanacağa ehtiyac duyur. Bədənin əvvəlcə sağ qalması, sonra tədricən ehtiyaclarını ödəməsi üçün tələb olunan enerji təbiətdə çətin əldə edilən, lakin asanlıqla istehlak olunan bir elementdir. Buna görə də heyvanlar enerjilərindən səmərəli istifadə etmək üçün müxtəlif üsullara əl atır. Qida tapmağın çətinləşdiyi qış şəraitində enerji istehlakını minimuma endirmək bəzi heyvanların sağ qalması üçün ən vacib addımdır.

  Məlum olduğu kimi, qışda gündüz vaxtı qısalır, havalar soyuyur. Qış şərtlərinə uyğunlaşmaq və qida tapmaqda çətinlik çəkən heyvanlar bu əlverişsiz vəziyyətdən xilas olmaq üçün qış yuxusuna gedirlər. Qışlama və ya qış yuxusuna bənzər davranış heyvanlara maddələr mübadiləsini yavaşlatmaqla enerjiyə qənaət etməyə və qida mənbələrini qorumağa imkan verir.

  Bədən ölçüləri, qidalanma və mənsub olduqları növə görə heyvanların bir-birindən qış yuxusu fərqli olur. Məsələn, iri bədənli ayılar, kiçik bədənli kirpilərin qış yuxusuna getmələri arasında fərqlər var. Onların hər ikisi üçün əsas məsələ qış boyu ovlamaq üçün kifayət qədər enerji və özlərini qidalandırmaq üçün lazımi yemək tapmaq çətinliyidir. Digər tərəfdən, bədən istiliyini xarici mühitdəki istiliyə görə tənzimləyən və maddələr mübadiləsi sürəti tez-tez dəyişən soyuqqanlı heyvanlar adətən qış yuxusuna getmir. Bununla belə, bəzi həşəratlar, hörümçəklər və suda-quruda yaşayanlar qışda bədən fəaliyyətlərini minimuma endirərək enerjiyə qənaət edirlər.

   Qış yuxusu fenomeni kosmik tədqiqatlar üçün də bir nümunədir. Kosmik agentliklər fəza uçuşlarında insanın metabolizminə uyğun süni qışlama modeli üzərində işləyirlər. Burada məqsəd heyvanlar kimi bədənin enerjisini son dərəcə qənaətlə istifadə etməkdir.



Әlaqәli Xәbәrlәr