Qәhraman qadınlarımız: Halet Çambel

''Qәhraman qadınlarımız'' proqramının bu hissəsində Halet Çambel haqqında danışacağıq.

2114479
Qәhraman qadınlarımız: Halet Çambel

Qәhraman qadınlarımız: Halet Çambel

“Uşaqlar, mən gəldim!”deyə səslədi Suzan. Çox yorğun görünürdü. Arzusu tez bir zamanda ayaqqabılarından qurtulmaq, divanda uzanıb heç nə etməmək idi, ancaq evin də, uşaqların da qayğısına qalmalı idi.

Suzan uşaqlardan cavab ala bilməyəndə maraqlanıb otaqlarda dolaşmağa başladı. Qonaq otağına daxil olanda gözlərinə inanmadı. Otaq döyüş meydanına çevrilmişdi. Oğlu Eren və qızı Həvva masanın üstünü örtüklə örtərək və stulları birləşdirərək örtüləcək ərazini daha da genişləndirmişdi və  oranı mağaraya çevirmişdilər. Təbii ki, bu tikinti işlərində divanın yastıqlarından istifadə olunmuşdu.

Suzan bilmirdi gülsün, yoxsa ağlasın. “İndi  kim yığacaq buraları? deyə düşünürdü.

Uşaqlar masanın altında bir-birinə nəsə pıçıldayırdılar. Daha sonra Eren "Dayan mən alaram'' deyib mağaradan çıxdı. O, anasını görəndə təəccübləndi və sevinclə dedi: “Ana, gör nə etdik! Keçən gün atamla filmə baxdıq. Qamçılı bir arxeoloq xəzinə axtarırdı və bir sıra macəra yaşadı. Beləliklə, biz də xəzinə ovuna çıxdıq. Gəl bizə qoşul'' dedi gözləri parıldayaraq.

Suzan bir müddət tərəddüd etdi və sonra ''yaxşı'' dedi, çünki o da kiçik ikən arxeoloq olmaq istəyirdi. Onlar tələyə düşmədən mağaranın içərisinə, Həvvanın yanına getdilər. O da anasının gəlməsinə çox sevindi. Sonra anası dedi: “İndi mən sizə əsl arxeoloqun həyatı haqqında məlumat verəcəyəm. Adı Halet Çambeldir''.

Halet Çambel ilk türk qadın arxeoloqdur. O, həmçinin ilk türk qadın qılıncoynadan, olimpiadaya qatılan ilk türk qadın idmançı və ilk açıq səma altında muzeyin yaradılmasında rol oynayan şəxsdir.

Halet Çambel 1916-cı ildə Berlində anadan olub. Atası Atatürkün yaxın dostu Həsən Cəmil Paşa, anası isə dövrün Berlin səfiri İbrahim Haqqı Paşanın qızı Remziye Xanımdır.

Bir müddət ailəsi ilə birlikdə xaricdə yaşadıqdan və Cümhuriyyətin qurulmasından sonra 8 yaşında Türkiyeyə gəlib. Orta məktəbi və liseyi Arnavutköy Amerikan qızlar kollecində tamamlayıb. O, orta məktəb illərində qılıncoynatma ilə tanış olub və özünü bu sahədə təkmilləşdirib.

Halet Çambel 2012-ci ildə verdiyi müsahibədə qılıncoynatma ilə məşğul olmağa necə başladığını belə izah edib: “Oxuduğum alman kitablarında cəngavərlərlə bağlı hekayələr var idi. Onlardan çox təsirlənərdim. Bu hekayələr qılıncoynatmaya olan marağımı daha da artırdı''.

Daha sonra arxeologiya təhsili almaq üçün Parisə gedən Halet Çambel orada idmandan heç vaxt vaz keçməyib. 1936-cı ildə o, bir ilkə imza ataraq Suat Fetgeri Aşeni ilə birlikdə Berlin Olimpiya Oyunlarına dəvət olunan iki türk qadın idmançıdan biri olub.

Əslində turnir zamanı Adolf Hitler tərəfindən görüşə dəvət edilən Halet Çambel Türkiye hökumətinin icazəsi olmadan görüşməyəcəyini bildirərək görüşdən imtina edib.

İdman həyatından sonra Halet Çambel arxeologiyanı özünə peşə olaraq seçərək Türkiyenin  qabaqcıl arxeoloqlarından birinə çevrilib. 1940-cı illərdə alman arxeoloqu Helmut Bossert ilə birlikdə Karatəpədəki Xet yaşayış məntəqəsində arxeoloji tədqiqatlar aparıb və heroqliflərinin deşifrə edilməsinə kömək edib. O, həmçinin Türkiyenin ilk açıq səma altında muzeyi olan Karatepe-Aslantaş Milli Parkının yaradılmasında da rol oynayıb.

Bu möhtəşəm qadının daha bir uğuru onun İstanbul Universitetində İbtidai İcma-Quruluşu fakültəsinin qurulmasında rol oynamasıdır.

Halet Çambel 2012-ci ildə uğurlu həyatının sirrinin “İşləmək, işləmək, işləmək'' olduğunu bildirmişdi.

Qonaq otağı daha da dağıldı. Mağaraya yeni tikililər əlavə olundu. Xəzinəyə isə xet dilində yazılmış gizli heroqlifləri deşifrə edən şəxs sahib oldu. Suzan və uşaqları uzun zamandır ki, bu qədər əylənməmişdilər. Onlar vaxtın necə keçdiyini belə anlamadılar. "Ana, həqiqətən də Halet Çambel dediklərinin hamısına nail oldumu?" dedi Eren. "Bəli, oğlum, o bunların hamısına nail oldu'' deyə anası cavab verdi.

Bu dəfə Həvvanın bir sualı var idi: “Bəs Halet Çambel kimi arxeoloq, idmançı və ya hər ikisi olmaq istəyirəmsə, nə etməliyəm?”. Suzan gülümsəyərək dedi: “Məqsədinə nail olmaq üçün ilk növbədə onun kimi çox oxumalısan. Bəs bu öncül qadının nə dediyini xatırladınızmı? Çox çalışmalısan!” Sonra dayandı və davam etdi: ''Ağlıma nə gəldi? Məsələn, bütün bunları toplayıb gözəl bir şam yeməyi hazırlamaqla başlaya bilərsiniz”. Hamı gülüb bir-birini qucaqladı. Sonra yığmağa başladılar.

Hekayәmizi macәralarından vaz keçmәyәn hәr kәsә vә Halet Çambelә hәsr edirik.

 

 


Etiketlәr: #Halet Çambel

Әlaqәli Xәbәrlәr