İsveçin ikili standartları

SETA – Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun baş direktoru, professor Murad Yeşiltaşın “İsveçin ikili standartları'' başlıqlı məqaləsi...

1938152
İsveçin ikili standartları

Həftənin Analizi-22-2023

Danimarkalı ifrat sağçı siyasətçi Paludanın İsveçdə Türkiye səfirliyi qarşısında Qurani-Kərimi yandırması yeni müzakirələrə gətirib çıxardı. Daha əvvəl də oxşar aqressiv hərəkətlər etmiş və bu səbəbdən Danimarkada cəza çəkən Paludanın bu hərəkəti İsveçdə həyata keçirməsi olduqca təəccüblüdür. Çünki İsveçin NATO-ya üzvlük prosesində Türkiyenin dəstəyinə ehtiyacı var və PKK ilə bağlı siyasətinə görə hələ də Türkiyedən müsbət cavab ala bilməyib. Bu səbəbdən də məsələ təkcə İslam əleyhinə cəhətilə məhdud deyil. Lakin bu təhqiramiz hərəkəti ifadə azadlığı anlayışı çərçivəsində nəzərdən keçirmək həm səhv, həm də təhlükəlidir.

Məsələnin ən mühüm tərəfi bu aqressiv hərəkətin hüquqi tərəfidir. İsveç hakimiyyətinin ifadə azadlığı zəminində yuxarıda qeyd olunan aqressiv hərəkətə icazə verməsi insan hüquqları və ifadə azadlığının hüdudlarından kənara çıxan bir vəziyyətdir. İsveçin hökumət səviyyəsində rəsmi bəyanatlarında ortaya qoyulan bir növ “qeyri-məhdud ifadə azadlığı” anlayışı real hüquqi vəziyyətlə əsasda uyğun gəlmir. Hüquqi baxımdan araşdırıldıqda yayılan bəyanatlar hüquqi əsasa söykənməkdənsə, ifadə azadlığı kimi “simpatiya” hissi oyadan bir anlayışa əsaslanan siyasi yanaşma yaratmaq niyyətini ortaya qoyur. İsveç və Türkiye də daxil olmaqla 46 Avropa dövlətinin iştirakçısı olduğu Avropa İnsan Hüquqları Konvensiyası sözügedən hüququ 10-cu maddəsinin 1-ci bəndində “söz azadlığı" başlığı altında "Hər kəs öz fikrini açıqlamaq  və ifadə etmək azadlığına sahibdir” ifadələri ilə təsvir edir.

Bu vəziyyətdə insanlar istədiklərini söyləyə və ya ifadə edə bilərlərmi? Əgər onların dedikləri milyonlarla insanı, hətta bir nəfəri incidirsə, o zaman söz azadlığı hələ də müdafiə olunmalıdırmı?

Bu suallara cavablar əsasən 10-cu maddədə yer alıb. Söz və ifadə azadlığını müəyyən edən 10-cu maddənin 2-ci bəndi bu hüququn qeyri-məhdud olmadığını açıq şəkildə göstərir; “İcrası vəzifə və öhdəlikləri nəzərdə tutan bu azadlıqlar... milli təhlükəsizliyin, ərazi bütövlüyünün və ya ictimai təhlükəsizliyin, ictimai asayişin qorunması və cinayətin qarşısının alınması, sağlamlığın və yaxud əxlaqın, özgələrinin şöhrət və hüquqlarının qorunması və ya məhkəmə hakimiyyəti və tərəfsizliyinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş bir sıra forma şərtlərindən, qəyri-məhdudiyyətsizliklərdən və sanksiyalardan asılı tutula bilər" deyir.

Bu müddəaların konkret hadisələrə tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının çoxsaylı qərarları özgələrinin şöhrət və hüquqlarının müdafiəsi meyarlarını ön plana çəkən əsasları nəzərdə tutub. Məhkəmə vurğulamışdır ki, ifadə azadlığı başqalarını irqinə, dilinə, dininə və ya cinsinə görə alçaltmaq hüququ kimi qəbul edilə bilməz. Bu kontekstdə Məhkəmə ifadə azadlığının hüdudlarını müəyyənləşdirərkən mütənasiblik və ya “hüquqlar arasında balans” prinsiplərini tətbiq etmişdir.

İsveçdə Quranı yandıran sözügedən şəxsin Qurani-Kərim haqqındakı fikirlərini inanc sahiblərinin şərəfini alçaltmadan fikirlərini ifadə edə biləcək müxtəlif yollara sahib ikən, bunu başqalarının hüquq və şərəfinə xələl gətirən şəkildə etməsi qeyri-mütənasiblik hesab edilməlidir. Əslində, Məhkəmə qeyd edib ki, dinlə bağlı şərhlərin alçaldıcı tonda olub-olmadığını və onların birbaşa dindarları hədəf alıb-almadığını və ya müqəddəs simvollara hücum təşkil edib-etmədiyini müəyyən etmək lazımdır.

Məhkəmənin bu yanaşması kontekstində milyardlarla insanın inandığı Qurani-Kərimin yandırılması qanuni bir ifadə tərzi ola bilməz. İsveçin siyasi və ya məhkəmə orqanlarının bu qeyri-mütənasibliyə məhəl qoymaması faktiki olaraq Avroha İnsan Hüquqları Konvensiyasının din və vicdan azadlığını tənzimləyən 9-cu maddəsini və ayrı-seçkiliyin qadağan olunmasını tənzimləyən da Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsini pozur və xüsusilə müsəlmanların əsas hüquqlarına ziyan vurur. Ona görə də görünən odur ki, İsveç xarici işlər naziri öz ölkəsində “geniş ifadə azadlığı sahəsi var” kimi xoş səslənən bəyanatlarla digər fundamental hüquqlara hücum etmək hüququ qazana bilməyəcək.

İsveç daxil olmaqla, bir çox ölkənin terror təşkilatı kimi qəbul etdiyi PKK təşkilatlanmalarının İsveçdə həyata keçirdiyi aksiyalara susması ilə bağlı olaraq da Avropa İnsan Hüquqları Konvensiyasının izahat xarakterli qərarları var. Bir işdə Məhkəmə bəyan etmişdir ki, qadağan olunmuş terror təşkilatı qaynaqlı nəşrlər və bəyanatlar təkcə müəlliflə bağlı deyil, həm də sözmövzusu yazının möhdəvası və yayımlandığı arxa planı da nəzərdə tutularaq terror cinayətinin işlənməsinə və ya terrorun yuyulmasına istiqamətli təhrik təhlükəsinə səbəb olduqda ifadə azadlığı daxilində hesab oluna bilməz.

Bu çərçivədə Avropa İnsan Hüquqları Konvensiyası qərara gəlib ki, məqalənin məzmunu bölgədə daha da zorakılığa sövq edə bilər.

İsveçdə PKK terror təşkilatı tərəfdarlarının terror təbliğatı apardığı əməllərinə icazə verilməsi açıq şəkildə “terror cinayəti törətməyə və ya terrorun yuyulmasına açıq çağırış təhlükəsini” daşıyır.

Terror təşkilatının əlamətlərinə və “hamımız PKK-lıyıq” kimi ifadələrə əsaslanan bu hərəkətlər açıq şəkildə terrorun və qanunsuz zorakılığın yuyulması xüsusiyyətinə malikdir. Avropa İnsan Hüquqları Konvensiyanın aydın hüquq əsasları bu halların ifadə azadlığının hüdudlarından kənarda olduğunu göstərsə də, bu hərəkətlərə icazə verilməsi ifadə azadlığı ilə izah oluna bilməz. İsveçin "ifadə azadlığı" donunda bu hərəkətlərə göz yumması, terrorda şübhəli bilinənləri və ya cinayətkarları təhvil verməyib, mühakimə etməməsi və onlara ev sahibliyi etməsi qeyri-qanuni siyasi seçimdir.



Әlaqәli Xәbәrlәr