Türkiyənin çay istehsalında dünyada beşinci yerdə olduğunu bilirsinizmi?

Türkiyə çayın vətəni olmasa da, Türkiyәdә әn çox çay istehlak edildiyi mövzusunda şübhə yoxdur.

1913718
Türkiyənin çay istehsalında dünyada beşinci yerdə olduğunu bilirsinizmi?

Türkiyənin çay istehsalında dünyada beşinci yerdə olduğunu bilirsinizmi?

             Türkiyə çayın vətəni olmasa da, Türkiyәdә әn çox istehlak edilən içkinin çay olduğu mövzusunda şübhə yoxdur. Dünya Çay Komitəsinin Çində hazırladığı hesabatın nəticələrinə görə, Türkiyə 3,5 kiloqramla dünyada adambaşına ən çox çay istehlak edən ölkələr arasında birinci yerdədir. Türkiyə çay istehsalında dünyada beşinci yerdədir.

             Türklər çayı Orta Asiyada  istehlak etmәyә başlasalar da, çayın Anadoluya gəlməsi çox uzun çəkdi. Çay içmək 19-cu əsrin ikinci yarısından sonra Anadoluda geniş yayıldı. Buna baxmayaraq Osmanlı İmperiyası dövründә qәhvәyә daha çox üstünlük verilib. Lakin müharibələr səbəbindən insanlar bahalı və çətin tapılan qəhvədən məhrum olub. Mustafa Kamal Atatürk Cümhuriyyəti elan edildikdən sonra Türkiyədə daha ucuz və asan əldə edilən çayın yetişdirilməsini təşviq etdi. 1924-cü ildə dövlət tərəfindən Rizədə çay istehsalı ilə bağlı qanun qəbul edildi və Türkiyə çay istehsalı və istehlakı baxımından dünyada diqqətəlayiq bir pillәdә qәrarlaşdı.

             Günümüzdә türklər üçün çay yalnız  içki deyil, həm də gündəlik həyatda əsas sosiallaşma vasitəsidir. Birgə çay içmək dostluq, qonaqpərvərlik və nəzakət əlamətidir. Çay gündəlik həyatda sudan sonra ən çox istehlak edilən içki olmaqla yanaşı, ailə üzvlərinin və ya qonaqların bir araya gələrək ortaq dəyərləri paylaşdığı xüsusi günlərdə, mərasimlərdə və tədbirlərdə də istehlak edilir.



Әlaqәli Xәbәrlәr