Nemrut dağının UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Nemrut dağının UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini bilirsinizmi?

1895418
Nemrut dağının UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini bilirsinizmi?

Cənub-Şərqi Anadolu bölgəsində yerləşən Nemrut dağının UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini bilirsinizmi?

Həm vulkanik dağ, həm təbii abidə, həm də insan əli ilə yaradılmış tarixi əsər xüsusiyyətlərinə malik olan Nemrut dağı 1987-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Cənub-Şərqi Anadolu Bölgəsinin kült dağı olan Nemrut dağı (Hierothesion) Adıyaman vilayətinin Kahta rayonu yaxınlığında yerləşir. Dağın hündürlüyü 2150 metrdir. Kommagen Krallığı eramızdan əvvəl I əsrdə dağda heyrətamiz  nəhəng heykəllər ucaldıb.

Nemrut dağındakı Kommagen (Commagene) sivilizasiyasının məşhur kralı olan  Antiokhos Theosun adına dağda ucaldılan 10 metr  hündürlüyündəki nəhəng heykəllər günümüzdə Nemrut xarabalıqları olaraq adlandırılır və hər il minlərlə turisti  Nemrut dağında bir araya gətirir.

Xarabalıqlar 1881-ci ildə ərazidə tədqiqat aparan mühəndis Karl Sester tərəfindən aşkar edilib.  Alman arxeoloqu Otto Punchtein və dövrün məşhur alimi Osman Hamdi bəy bölgədə araşdırma apararaq bölgədə öz mövcudluğunu davam etdirən çox sayda qalıq və sənədləri işıq üzünə çıxarıblar. Tapıntılar arasında olan yunan kitabəsi sayəsində bölgənin tarixi və heykəllər haqqında ətraflı məlumat əldə edilib. Tarixə şahidlik edən və o dövrdə inanılan tanrılarını simvolizə edən bu nəhəng  heykəllərin bütün dinləri və mədəniyyətləri bir bayraq altında toplamaq üçün nəzərdə tutulduğu düşünülür.

“Tanrılar dağı” olaraq da adlandırılan Nemrut dağının zirvəsindəki heykəllərin hündür dağ başında necə ucaldıldığı hələ də sual doğurur.  Arxeoloqlar dağda tapılan əhəngdaşı bloklarının orada formalaşdığını təxmin edirlər. Dağın zirvəsində yerləşən bu məqbərədə günəşin necə doğulduğu və necə qüruba getməsi bütün ehtişamı ilə izlənilə bilir.



Әlaqәli Xәbәrlәr