Beyinin dumanlanmasından təbii yollarla xilas olmaq

Beyin dumanlanmasından xilas olmaq üçün tövsiyə edilən təbii müalicə yolları və tətbiqlər.

1813907
Beyinin dumanlanmasından təbii yollarla xilas olmaq

Sağlıq Olsun_34_2022

Beyin dumanı koqnitiv funksiyaların məhdudlaşdırıldığı durum olaraq dəyərləndirilir. Bu vəziyyət insanların idrak funksiyalarında çətinlik çəkdiyinin, bir çox xroniki xəstəliklərlə müşayiət olunduğunun göstəricisidir. Beyin dumanı, əslində tibbi problem yox, xroniki xəstəliklərdən sonra müşahidə olunan simptomlardan yalnız biri hesab edilir. Bu simptomlar sırasında unutqanlıq, diqqətin yayınması, konsentrasiyanın olmaması, fikri izah edə bilməmək və söz tapmaqda çətinlik çəkmək, qoyduğu əşyaların yerini unutmaq, tez-tez nəyi isə itirmək, adi gündəlik işləri belə qarışdırmaq, qərar verməkdə, işə başlamaqda və ya tamamlamaqda çətinlik çəkmək, həmçinin yuxu problemlərinin olması, günə yorğun, halsız  başlamaq,  narahatlıq və təşviş yaşamaq, hər işin mənfi tərəfini düşünmək və ani qəzəblənmək, hər şeyə həddindən artıq reaksiya vermək, gün ərzində yuxulamaq, çaşqınlıq kimi durumları  sadalaya bilərik.

Beyin dumanı necə müalicə olunur?

•Beyin dumanının müalicəsində diqqət yetirilməli olan ilk və ən əhəmiyyətli məsələ qidalanmaqdır. Xəstəlikdən xilas olmaq üçün üç ay müddətində Qlütensiz, şəkərsiz qidalar qəbul edilməli və süd məhsullarının istifadəsindən qəti şəkildə  imtina edilməlidir. Təzə meyvə və tərəvəz, zeytun yağı, kərə yağı, kokos kimi sağlam yağlar, protein baxımından zəngin çiy qoz-fındıq və fermentləşdirilmiş məhsulların istifadəsinə üstünlük verilməlidir.

• Digər tərəfdən, psixoloji stressi azaltmaq və daha yaxşı yuxu rejiminə keçmək üçün dəstək qəbul edilməlidir. Yuxulamaqda çətinlik çəkirsinizsə, melatonin dəstəyi ilə yanaşı tez yuxulamağınıza kömək edəcək pişikotu, ballınanə, mərzə, adi dazı, razyana kimi bitkilər qəbul  edilməlidir.

 • Fiziki aktivliyi artıraraq açıq havada qısa müddətli 20 dəqiqəlik gəzintilər edilməlidir. Aparılan tədqiqatlar göstərir ki, həftənin istirahət günləri açıq havada, sahildə, təbiət qoynunda vaxt keçirmək beyin dumanlanmasının qarşısını almaqda faydalıdır.

Beyin dumanı necə müalicə olunur?

•Beyin dumanının müalicəsində diqqət yetirilməli olan ilk və ən əhəmiyyətli məsələ qidalanmaqdır. Xəstəlikdən xilas olmaq üçün üç ay müddətində qlütensiz, şəkərsiz qidalar qəbul edilməli və süd məhsullarının istifadəsindən qəti şəkildə  imtina edilməlidir. Təzə meyvə və tərəvəz, zeytun yağı, kərə yağı, kokos kimi sağlam yağlar, protein baxımından zəngin çiy qoz-fındıq və fermentləşdirilmiş məhsulların istifadəsinə üstünlük verilməlidir.

• Digər tərəfdən, psixoloji stressi azaltmaq və daha yaxşı yuxu rejiminə keçmək üçün dəstək qəbul edilməlidir. Yuxulamaqda çətinlik çəkirsinizsə, melatonin dəstəyi ilə yanaşı tez yuxulamağınıza kömək edəcək pişikotu, ballınanə, mərzə, adi dazı, razyana kimi bitkilər qəbul  edilməlidir.

 • Fiziki aktivliyi artıraraq açıq havada qısa müddətli 20 dəqiqəlik gəzintilər edilməlidir. Aparılan tədqiqatlar göstərir ki, həftənin istirahət günləri açıq havada, sahildə, təbiət qoynunda vaxt keçirmək beyin dumanlanmasının qarşısını almaqda faydalıdır.

Beyin dumanına qarşı mübarizə yolları:

• Nəfəsalma məşqləri edin.

• Gəzinti və ya uzanma hərəkətlərinə diqqət yetirin.

• Minerallarla zəngin qidalar və içkilər qəbul edin.

• Susuz qalmayın. Çox miqdarda su istehlak edin. • Gün ərzində kifayət qədər protein qəbul edin.

• Naharda asan həzm olunan qidalar yeyin.

•Şəkər istehlakını azaldın.

• Yuxusuz qalmayın.

• Çay və qəhvə qəbulunu azaldın və bu içkiləri saat 14:00-dan sonra qəbul etməyin.

• Albalı, zeytun, zeytun yağı, nar, brokoli, qoz-fındıq, toxum kimi melatoninlə zəngin qidalar qəbul edin.

• Heyvan zülalları, qoz-fındıq, paxlalılar, toxumlar kimi triptofanla zəngin qidalar istehlak edin.

• Bağırsaq sağlamlığınızı qoruyun. Sümük suyu için, qlüten və şəkər istehlakından imtina edin 

• Pomidor, çay, banan, ədviyyat, qatıq, pendir və sitrus meyvələrinin istehlakını azaldın.

• Doymamış yağ və omeqa 3 istehlakını artırın.

• Köpə  səbəb olan qulançar, kökyumrulu günəbaxan və alma kimi qidaları az qəbul edin.

• İşlənmiş karbohidrat və şəkər  istifadə etməyin.

• Serotonin səviyyənizi artıracaq qidalar qəbul edin.

• Tərəvəz, qaraciyər, balıq, qoz-fındıq, toxum kimi fol turşusu və bal, yumurta kimi B12 vitamini, heyvan zülalı, şirin kartof, kök tərəvəzlər, şabalıd, yerkökü, ispanaq, avokado kimi B6 vitamini, bibər, tərəvəz, meyvə kimi C vitamini, anakardiya,  yarpaqlı göyərtilər, qırmızı ət, balıq, dəniz məhsulları, qarabaşaq yarması kimi selen və yodla zəngin qidaları rasionunuza daxil edin

•Siqaret çəkməyin.

•Şəkər əvəzedicilərin istifadəsindən imtina edin.

• Müntəzəm olaraq idman edin.

• Yoqa və meditasiya ilə məşğul olun. 

• Stressin öhdəsindən gəlməyi öyrənin. 

 •Depressiyanız varsa, müalicə olun.

•Yuxu problemlərinizi həll edin.

•Vitamin və mineral çatışmazlığınızı aradan qaldırın.

•Hormonlarla bağlı  probleminiz varsa, müalicə olunun

 •Məşqdən imtina etməyin.

 •Bağırsaq florasını balanslaşdırın.



Әlaqәli Xәbәrlәr